HTS terror təşkilatı tərəfindən dəstəklənən qrupların hücumları Suriyanın sahil şəhəri Latakiyadakı əsasən ələvi əhalisi olan məhəllələrdə davam edir.
HTS qüvvələri və HTS tərəfindən dəstəklənən qrupların bazar günü kütləvi ələvi etirazlarına hücumlarında ən azı üç nəfərin ölümündən sonra, Latakiyadakı ələvi məhəllələrinə bazar ertəsi yenidən hücum edilib.
AFP-yə danışan sakinlər bildiriblər ki, bazar ertəsi axşamı Latakiyadakı ələvi əhalisi olan məhəllələrə hücum edilib, insanlar döyülüb, atəş açılıb, nəqliyyat vasitələri və evlər dağıdılıb.
Əl-Rimal əl-Şamalinin əsasən ələvi məhəlləsinin sakini Məhəmməd onlarla hücumçunun sakinləri necə döydüyünü, atəş açdığını və əmlaka zərər verdiyini təsvir edib.
Təhlükəsizlik səbəbi ilə soyadını verməkdən imtina edən Məhəmməd AFP-yə bildirib ki, "Özümü heç də təhlükəsiz hiss etmirəm; hər şey evimizin altında baş verir".
Ərazidən çəkilən görüntülərdə bıçaq və palçıqla silahlanmış qrupların insanlara hücum etdiyi görünür.
Böyük Britaniyada yerləşən Suriya İnsan Haqları Rəsədxanası bazar ertəsi günü baş verən zorakılıqda ən azı üç nəfərin yaralandığını bildirib.
Dünənki nümayişlərə çağıran Suriya və Xaricdəki Ələvi İslam Şurasının rəhbəri Qəzəl Qəzəl Facebook videosunda tərəfdarlarına "sakit qalmağa və evdə qalmağa" çağırıb.
Suriyada həyəcan siqnalı: HTS qüvvələri ələvi mülki əhaliyə hücum edir