Bir təqvim ilini də geridə qoyur, yeni bir ili qarşılama ərəfəsindəyik. Həyatımızın daha bir ili ötüb keçdi və bizi ömrümüzün bir ilindən ayırdı. Bu il ərzində nəyi qazandıq, nəyi itirdik — bütün bunlar sadəcə təqvimin dəyişməsi deyil, məhz tərəqqi və ya tənəzzülümüzün göstəricisidir.
Geriyə dönüb başa vurduğumuz ilin hesabatına nəzər salsaq, bayram sevinci və ya matəm ağrısı bizim üçün öz həqiqətini ortaya qoyar. Bütün bunlar yalnız “mən” düşüncəsindən yüksələrək bir “biz” yaratmaq gücü qazandıqda dəyər kəsb edir. Əks halda, “mənlər” çoxaldıqca mənliyin tənəzzülü qaçılmaz olur. Bitirdiyimiz il bu müşahidələr güzgüsündə bizə gələcək üçün yenidən düşünmək imkanı yaradır.
2025-ci il son addımları ilə uzaqlaşır, biz isə təqvimdə 2026-cı ili qarşılayırıq. Yeni ilimiz xalqımız, millətimiz, ümmətimiz və dünyanın insanlıq ruhuna dəstək olan bütün insanlar üçün mübarək, bərəkətli və arzuların gerçəkləşdiyi bir il olsun.
Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə dünyanın müxtəlif nöqtələrinə səpələnmiş xalqımıza Allahdan sağlamlıq, səadət və rifah diləyirik.
Bayramınız mübarək!