Dekabrın 23-də axşam saatlarında Müsəlman Birliyi Hərəkatının (MBH) daha bir üzvü azadlığa qovuşub. 17 saylı cəzaçəkmə müəssisəsində saxlanılan inanclı fəal Yasin Əhmədov amnistiya aktı çərçivəsində azad edilib.
Xatırladaq ki, Əhmədov Yasin Tapdıq oğlu 2023-cü il aprelin 2-də saxlanılmışdı. O, saxta narkotik ittihamı ilə təqsirləndirilmiş və 2024-cü il fevralın 15-də məhkəmənin qərarı ilə 3 il müddətinə azadlıqdan məhrum edilmişdi.
MBH-nin daha bir üzvü azadlığa buraxılıb