Cari ilin yanvar–sentyabr aylarında İrandan Azərbaycana yönələn birbaşa xarici investisiyaların həcmi 271,8 milyon ABŞ dolları təşkil edib.
Bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,1 milyon ABŞ dolları və ya 1,5 faiz azdır.
Hesabat ilində İrandan olan investisiyaların Azərbaycana cəlb edilən birbaşa xarici investisiyaların ümumi həcmindəki payı 5,7 faiz olub.
Qeyd edək ki, 2025-ci ilin 9 ayı ərzində Azərbaycanın iqtisadiyyatına cəlb olunan birbaşa xarici investisiyaların həcmi 4 milyard 736 milyon ABŞ dollarını ötüb. Bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 213 milyon 485 min ABŞ dolları və ya 4,7 faiz artım deməkdir.
Eyni zamanda, hesabat dövründə Azərbaycandan xarici iqtisadiyyatlara yönəldilən birbaşa xarici investisiyaların həcmi 2 milyard 39 milyon ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin 9 ayı ilə müqayisədə 658 milyon 90 min ABŞ dolları və ya 47,7 faiz çoxdur.
İrandan Azərbaycana qoyulmuş investisiyaların həcmi açıqlandı