Ötən ilin bu günü Azərbaycan səmalarında sükut çökdü... AZAL-ın faciə ilə nəticələnən uçuşu yalnız bir qəza deyil, 38 ailənin yarımçıq qalan hekayəsi idi. Bu gün onların xatirəsini ehtiramla anırıq. Onların hər biri göylərdə qalan bir xatirə, ürəklərdə sağalmayan bir izdir...
Bu gün AZAL aviasiya faciəsinin ildönümüdür.
AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən "Embraer 190" tipli sərnişin təyyarəsi dekabrın 25-də Rusiya səmasında hərbi-texniki müdaxilədən sonra Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i ölüb, 29-u sağ qalıb.
İlkin məlumatlara görə, təyyarənin qəzaya uğraması fiziki və texniki kənar müdaxilə nəticəsində baş verib.
Ötən ilin bu günü Azərbaycan səmasına sükut çökdü - Təyyarə faciəsinin ildönümüdür