MBH ailəsinin daha iki üzvü azadlıqda

Dekabrın 27-də aministiya aktı çərçivəsində daha iki Müsəlman Birliyi Hərəkatının üzvü azadlığa qovuşub. 17 saylı cəzaçəkmə müəssisəsindən buraxılan Səbuhi Nəcəfov və Elsevər Hacıyev saxta narkotik ittihamı ilə azadlıqdan məhrum edilmişdilər.

Səbuhi Nəcəfov 2023-cü ilin 29 martında saxlanılmışdı. Narkotiklərlə bağlı ittiham olunan inanclı 2024-cü ilin 15 martında məhkəmənin qərarı ilə 3 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Elsevər Hacıyev isə 2023-cü ilin 31 martında saxlanılmışdı. Eyni ittihamla məhkəmə qarşısına çıxarılan inanclı 2024-cü ilin 27 yanvarında 3 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Hər iki inanclı bu səhər cəza çəkdiyi müəssisədən azadlığa buraxılıb. Məlumat üçün bildirək ki, bununla da aministiya aktı çərçivəsində azadlığa buraxılan hərəkat üzvlərinin ümumi sayı 8-ə çatıb.