XİN rəhbəri Azərbaycanın “İbrahim sazişləri”nə qoşulması məsələsindən danışıb
“İbrahim sazişləri” bəzi ərəb dövlətləri ilə İsrail arasında əldə edilən razılaşmadır”.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.
Nazir bildirib ki, bu razılaşma ilə İsraillə münasibəti olmayan ərəb dövlətləri İsraillə əlaqələr qurur.
“Bu, “İbrahim sazişləri” əsasında baş verirdi. Amma Azərbaycan və İsrail arasında çoxşaxəli münasibətlər var və bu münasibətlər uzun tarixə malikdir. Bu, ona görə də bizə bir qədər təəccüblü gəlir”, - Ceyhun Bayramov qeyd edib.
Azərbaycanın XİN rəhbəri “İbrahim sazişləri”nə qoşulması məsələsindən danışıb