16 April 2025

Azərbaycan millisi UEFA İnkişaf Turnirində Gürcüstan yığmasına qalib gəlib

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Moldovanın paytaxtı Kişineuda təşkil olunan UEFA İnkişaf Turnirində Gürcüstana qalib gəlib. 

Aqil Nəbiyevin rəhbərlik etdiyi kollektiv Moldova Futbol Federasiyasının Texniki Mərkəzində keçirilən görüşdə 1:0 hesablı qələbəyə sevinib.

 U-17-nin heyətində qələbə qolunu 10-cu dəqiqədə Pünhan Kərimov vurub.

Daha bir Avropa ölkəsi Fələstini tanıdı

Polşa Fələstin dövlətini rəsmən tanıyıb.

Bu barədə Polşa xarici işlər naziri Radoslav Sikorski bildirib.

"Polşa İsrailin mövcudluq hüququna və fələstinlilərin hüquqlarına hörmət edir. Varşava Qəzza zolağında münaqişəyə son qoymaq səylərini dəstəkləyir", - Sikorski vurğulayıb.

Xatırladaq ki, aprelin 9-da Fransa prezidenti Emmanuel Makron bildirib ki, Paris bu ilin yayında Fələstini dövlət kimi tanıya bilər.

ABŞ qüvvələri növbəti dəfə Yəmənə hücum edib

Amerika döyüş təyyarələri Yəmənin müxtəlif bölgələrinə 29-dən artıq hava hücumu həyata keçirib.

Sputnik-in məlumatına görə, Yəmənli mənbə Amerika döyüş təyyarələrinin Səadanın Əl-Səlim bölgəsindəki Əl-Səhleyn kəndini ən azı 10 dəfə bombaladığını bildirib.

Bundan əlavə, Səadanın şərqində daha üç hücum, Əl-Baydanın qərbindəki Əl-Zahir bölgəsində üç hücum, Əl-Baydanın şimalındakı Əl-Cərf bölgəsində iki hücum və Sənanın şimalında dörd hücum həyata keçirilib.

Yeni birgə layihələr; Tehran-Bakı ikitərəfli münasibətlərini gücləndirmək yolu kimi

 İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiyanın Prezident İlham Əliyevin dəvəti ilə Azərbaycan Respublikasına gözlənilən səfərinin əhəmiyyəti ilə bağlı müzakirələr zamanı bildirilib ki, bu səfər ikitərəfli münasibətlərin inkişafında; çoxdankı dostluq və qonşuluqdan qaynaqlanan münasibətlərdə yeni səhifə aça bilər.

DTX Rusiyada yaşayan talış tarixçini həbs edib

Azərbaycanın Dövlət Təhlükəsizlik Xidməti (DTX) Rusiyada yaşayan talış tarixçi Zahirəddin İbrahimovu həbs edib. 

Bu barədə İbrahimovun qohumları “OC Media” saytına məlumat veriblər. Onlar DTX-dən tarixçiyə qarşı, dövlətə xəyanət maddəsi də daxil olmaqla, Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham irəli sürüldüyü haqda məktub əldə ediblər. 

Rusiya Federasiya Şurası İranla strateji tərəfdaşlıq müqaviləsini təsdiqləyib

Rusiya Federasiya Şurası Rusiya və İran arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında müqavilənin ratifikasiyası haqqında qanunu təsdiqləyib.

Rusiya parlamentinin yuxarı palatasının bu gün keçirilən plenar iclasında bu ilin yanvarın 17-də imzalanmış Rusiya və İran arasında imzalanan Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında müqavilənin ratifikasiyası haqqında qanuna baxılıb.

Dünya İslam Liqasının baş katibi nifrət və müharibəyə qarşı mübarizə aparmaq üçün mədəniyyətlərarası dialoqa çağırır

Avropada və bütün dünyada islamofobiya və antisemitizm artdığı bir vaxtda Dünya İslam Liqasının baş katibi Şeyx Məhəmməd əl-İsa mədəniyyətlər və sivilizasiyalar arasında dialoqa çağırıb və dini nifrətə qarşı xəbərdarlıq edib.

O, HƏMAS-ın İsrailin cənubuna məlum hücumundan sonra on minlərlə fələstinlinin həyatını itirdiyi Qəzzada aylardır davam edən müharibəni pisləyib.

İsrail pasportu sahibləri üçün giriş qadağası

Maldiv adaları İsrailin Qəzzaya hücumlarına cavab olaraq qərar qəbul edib.

Maldiv adaları İsrailin Qəzzaya hücumlarına cavab olaraq qərar qəbul edib. Maldiv adalarının prezidenti İsrail pasportu olan şəxslərin ölkəyə girişini qadağan etdiklərini açıqlayıb.

Qərarın İsrailin Fələstin ərazilərindəki təcavüzkar siyasətləri və xüsusilə Qəzzada mülki vətəndaşların itkiləri səbəbiylə verildiyi bildirilib.

Yəməndən Qırmızı dənizdəki gəmilərə mesaj: Amerika gəmilərinə yaxınlaşmayın!

Yəmən mənbələri Qırmızı dənizi təhlükəsiz keçməyə çalışan gəmilərə Amerika gəmilərinə yaxınlaşmamaq barədə xəbərdarlıq edib.

Yəmən silahlı qüvvələri Qırmızı dənizdən təhlükəsiz keçmək istəyən gəmilərə qarşı əməliyyat keçirib; Onlar Amerika hərbi gəmilərinə yaxınlaşmamaq barədə xəbərdarlıq ediblər.

Bəxtiyar Hacıyev: 'Hüququ pozulanda azad jurnalist axtaracaq vətəndaş hanı?'

İctimai fəal Bəxtiyar Hacıyev ona 10 il həbs cəzası kəsilməsi, evinin, bank hesabındakı pulunun müsadirə edilməsi barədə hökmü qüvvədə saxlayan Bakı Apellyasiya Məhkəməsinin qərarını ədalətsiz və sifarişli sayır. Bu barədə AzadlıqRadiosuna bilgi verən yaxınları bildiriblər ki, B.Hacıyev hələ apellyasiya məhkəməsinin qərarını yazılı şəkildə almayıb: "Apellyasiya məhkəməsində həm Bəxtiyar Hacıyevin özü, həm də vəkilləri 40-dan çox vəsatət qaldırmışdı. Bunların heç birinə baxılmadı.