12 March 2025

Azərbaycan və İran XİN rəhbərləri regional məsələləri müzakirə edib

12 mart 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Ərağçi arasında telefon danışığı baş tutub.

XİN-dən  verilən xəbərə görə, telefon danışığı zamanı Azərbaycan-İran ikitərəfli və regional münasibətlərindən irəli gələn məsələlər müzakirə olunub.

Nazir Ceyhun Bayramov mövcud Azərbaycan-İran əlaqələrinin inkişafında siyasi dialoqun əhəmiyyətini vurğulayıb.

BRİKS-də nələr baş verir?

BRICS TV ötən həftə qrupa üzv və əlaqəli ölkələrdə baş verən mühüm hadisələri açıqlayıb. Zimbabvenin BRİKS-ə üzvlük gözləməsi davam edir.

Zimbabvenin Xarici İşlər Naziri ölkəsinin BRICS-ə üzvlük ərizəsi ilə bağlı yekun qərarı gözlədiyini açıqlayıb. Nazir bu qrupu qlobal iqtisadi əməkdaşlıq üçün ən mühüm platformalardan biri kimi xarakterizə edib.

 

Rusiya və Myanma nüvə sahəsində əməkdaşlıq edəcək

Ukrayna ABŞ-ın təklif etdiyi 30 günlük atəşkəs rejimini qəbul edib

Kiyev Rusiyanın da atəşkəs şərtlərinə əməl edəcəyi təqdirdə belə bir addım atmağa hazır olduğunu bir daha bəyan edib.

ABŞ rəsmiləri çərşənbə axşamı axşam Səudiyyə Ərəbistanında Kiyev rəsmiləri ilə danışıqlardan sonra bildiriblər ki, Moskva eyni şərtləri qəbul edərsə, Ukrayna Rusiya ilə müharibədə 30 günlük atəşkəsə razılaşıb.