08 March 2025
Azərbaycan Neft Şirkəti SOCAR İsraildə qaz kəşfiyyatında iştirak edəcək
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) İsrailin Aralıq dənizindəki eksklüziv iqtisadi zonasının 1-ci blokunda qazın kəşfiyyatı üçün israilli iş adamı Yitzhak Tshuvaya məxsus British Petroleum (BP) və NewMed Energy şirkətləri ilə konsorsiumda operator qismində iştirak edəcək.
İsrailin "Globes" iqtisadi qəzeti Azərbaycanın neft şirkəti SOCAR-ın İsrail şelfində qaz kəşfiyyatında iştirak edəcəyini iddia edib.
İran: Trampdan məktub almamışıq
İranın BMT-dəki missiyası ABŞ prezidenti Trampın İslam İnqilabının Rəhbəri Ayətullah Xameneiyə göndərdiyini iddia etdiyi üçün hələlik məktub almadığını bildirib.
"Biz hələ belə bir məktub almamışıq", - missiyanın açıqlamasında deyilir.
“İranın nüvə proqramı hərbi yolla məhv edilə bilməz”
İsrailli məhbuslar Netanyahuya zəng edib
Azad edilmiş israilli məhbuslar İsrailin baş naziri Binyamin Netanyahudan Qəzzada atəşkəs və əsir mübadiləsi razılaşmasının bütün mərhələlərini həyata keçirməyə çağırıblar.
İsrail əsgərləri tarixi məscidi yandırıblar
İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilindəki Nablus şəhərində bəzi məscidlərə basqın edib. Nəticədə işğalçılar tarixi Nəsr məscidini yandırıblar.
Fələstinin rəsmi agentliyi olan WAFA-nın məlumatına görə, İsrail ordusu Nablus şəhərində bir çox məscidə basqın edib və onları dağıdıb.
İşğalçı İsrail əsgərləri Nablusun Köhnə şəhərindəki tarixi Nəsr məscidini (Zəfər məscidi) yandıraraq yanğınsöndürmə briqadasının yanğını söndürməsinə mane olub.
Azərbaycan şahmatçısı dünya çempionatında gümüş medal qazandı
Azərbaycan təmsilçisi Ayan Allahverdiyeva Monteneqroda təşkil edilən 20 yaşlı şahmatçılar arasında təşkil olunan dünya çempionatında gümüş medal qazanıb.
Şahmatçımız XI turda Özbəkistan təmsilçisi Afruza Xamdamovayla heç-heçə oynayıb. Bununla xalını 8-ə çatdıran Ayan Allahverdiyeva dünya çempionatının gümüş medalına sahib çıxıb.
Qeyd edək ki, mundialda 50 ölkədən 200-dən çox şahmatçı mübarizə aparıb.
Məkkədə Quran muzeyi açıldı
Məkkə şəhərində Qurani-Kərim muzey açılıb.
Muzey şəhərin “Hira” mədəniyyət zonasında yerləşir.
Burada müqəddəs Quranın nadir və tarixi, həmçinin əlyazma nüsxələri saxlanılır.
Muzeydə sərgilənən eksponatlar ziyarətçilərə Qurani-Kərimin kitab nüsxəsi olaraq hazırlanması prosesi ilə tanış olmağa imkan verir.
Qeyd edək ki, adıçəkilən zona Hira mağarasının yaxınlığında yerləşir.
Husilər İsrailə qarşı dəniz əməliyyatlarını bərpa edəcəklərini elan etdilər
4 gün ərzində Qəzzaya yardımların daşınmasına icazə verilməsə Yəmən husiləri İsrailə qarşı dəniz əməliyyatlarını bərpa edəcək.
Donetsk vilayətinin bombalanması nəticəsində 11 dinc sakin həlak olub
Rusiya qoşunlarının cümə günü axşam saatlarında Ukraynanın Donetsk vilayətinin Dobropillya şəhərinin mərkəzi hissəsinə zərbələr endirməsi nəticəsində azı 11 nəfər həlak olub, 30 nəfər isə yaralanıb.