02 March 2025

Hizbullahdan Livan hökumətinə: İsrailin hücumları qarşısında niyə susursunuz?

Hizbullahın yüksək rütbəli nümayəndəsi müqavimət yolunun davam etməli olduğunu vurğulayıb və İsrail rejiminin hücumları qarşısında Livanda suverenlik iddiasında olanların susqunluğunu sərt şəkildə tənqid edərək deyib: Hökumətin vəzifəsi ölkənin işğal olunmuş ərazilərini sionistlərdən azad etməkdir və bu istiqamətdə addım atmalıdır.

Ayətullah Sistani Qəzzada yüzlərlə cərrahi əməliyyat edən iraqlı həkimi qəbul edib

 Böyük mərcə təqlid Ayətullah Əl Üzma Seyid Sistani şənbə günü İraq əsilli Böyük Britaniya vətəndaşı olan həkim  Məhəmməd Tahir Kamal Əbu Rəğif əl-Musəvini qəbul edib.

Ayətullah Sistani doktor Əbu Rəğifin Qəzza zolağında mövcud olan ağır səhiyyə və tibbi şəraitlə bağlı izahatlarını dinləyib, onun oradakı fəaliyyəti üçün minnətdarlığını bildirib və ona daha çox uğur və müvəffəqiyyət arzulayıb.

İordan çayının qərb sahilində müqavimət qüvvələri ilə İsrail əsgərləri arasında şiddətli toqquşma yaşanıb

Fələstin xəbər mənbələri Fələstin müqavimət gəncləri ilə İordan çayının qərb sahilindəki Nablusdakı İsrail qüvvələri arasında şiddətli toqquşmaların baş verdiyini bildiriblər. Toqquşma şənbə günü Qəsrə qəsəbəsində yaşanıb.

HƏMAS FAT-ın rəhbərlik etdiyi seçki prosesində iştiraka hazırdır

HƏMAS hərəkatı Fələstin Azadlıq Təşkilatının (FAT) rəhbərlik etdiyi və ölkə daxilində seçkiləri əhatə edəcək siyasi prosesdə iştiraka hazırdır.

Bu barədə hərəkatın İdarə Heyətinin rəhbəri Məhəmməd Dərvişin Ərəb Liqasının üzvü olan ölkələrə hərəkatın rəsmi teleqram kanalında müraciətində bildirib.

Avropa uçurumun kənarında: ABŞ-Ukrayna mübahisəsi qitəni diqqət mərkəzində saxlayır

Oval kabinetdə Zelenski ilə Tramp arasında yaşanan gərginlikdən sonra Avropa təhlükəsiz gələcəyi ilə bağlı ekzistensial suallarla üzləşib. Buna görə də bazar günü Londonda keçiriləcək sammit mühüm əhəmiyyət kəsb edir.

Avropa ölkələri Ağ Evdə ABŞ prezidenti Trampla mübahisəsindən sonra Ukrayna lideri Vladimir Zelenskiyə dəstək ifadə ediblər, lakin bu mübahisə həm də onları Kiyevin əsas dəstəkçiləri mövqeyinə qoyduğu üçün kritik problemlər yaradır.

İran tərəfindən ələ keçirilən İsrail gəmisinin görüntüləri yayıldı

13 aprel 2024-cü ildə İran tərəfindən ələ keçirilən MSC Aries yük gəmisinin görüntüləri ilk dəfə yayımlanıb.

Amerika mediası 2024-cü il aprelin 13-də Hörmüz boğazı yaxınlığında İsrailə aid yük gəmisinin ələ keçirildiyini açıqlayıb.

Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları Təşkilatına (UKMTO) görə hadisə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Oman dənizindəki Fuceyrə limanından 50 mil şimal-şərqdə baş verib.