12 September 2024
Avropa İttifaqının Avropa Şurasındakı nümayəndəliyi sentyabrın 11-də Strasburqda keçirilən Nazirlər Şurasının iclasından sonra bəyanat yayıb.
AXCP sədri Əli Kərimli təqsirləndirilən şəxs qismində tanınıb
Sentyabrın 12-də Nəsimi Rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin növbəti məhkəmə prosesi keçirilib. Partiyadan xaric edilmiş AXCP Nəzarət Təftiş Komissiyasının keçmiş sədri Aydın Əliyevin ona qarşı Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsi ilə xüsusi ittiham qaydasında qaldırdığı iddia icraata götürülüb, bununla da Kərimli təqsirləndirilən şəxs kimi tanınıb. İddiaçı məhkəmədən Əli Kərimlinin 6 ay müddətinə azadlıqdan məhrum edilməsini xahiş edib.
Putin 34 ölkənin BRİCS-ə qoşulmaq istədiyini bildirib
“Artıq 34 ölkə BRİCS-ə qoşulmaq arzusunu ifadə edib”.
25 beynəlxalq təşkilat həbs edilmiş jurnalistləri və fəalları dərhal azad etməyə çağırıb
25 beynəlxalq hüquq müdafiə təşkilatı, 2 tanınmış şəxs, o cümlədən Amerika Tərəqqi Mərkəzi, Jurnalistləri Müdafiə Komitəsi, FIDH (İnsan Hüquqları uğrunda Beynəlxalq Federasiya), Freedom Now, Henrix Boyl Fondu, İnsan Hüquqları Fondu, Human Rights House, Human Rights Watch, İnsan Hüquqları naminə Beynəlxalq Tərəfdaşlıq, Təbii Resursları İdarəetmə İnstitutu, Norveç Helsinki Komitəsi, PEN America, PEN International, People in need, Sərhədsiz Reportyorlar, İşgəncələr Əleyhinə Ümumdünya Təşkilatı (OMCT) Azərbaycanda insan hüquqları sahəsində hazırki ağır durumun həlli
İlahiyyatçının məhkəməsi növbəti dəfə təxirə düşüb
Sentyabr ayının 11-də İyulun Bakı Ağır Cinayətlər Məhkəməsində ruhani Hacı İlqar Rəcovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Lakin eyni problem, şahidlərin prossesə gəlməməsi səbəbindən məhkəməsi artıq 9-cu dəfədir ki təxirə düşüb.
Zinəddin Zidan karyerasının ən yaxşı qolunu açıqlayıb
Fransa yığmasınnın sabiq futbolçusu Zinəddin Zidan karyerasının ən yaxşı qolunu açıqlayıb.
Dünya çempionu 2002-ci ildə Çempionlar Liqasının finalında İspaniyanın "Real" klubunun heyətində Almaniya təmsilçisi "Bayer 04"ə vurduğu qolu karyerasının ən yaxşısı adlandırıb.
İran İsrailin cinayətlərini dayandırmaq üçün BRİKS-dən addım atmağı tələb etdi
İran BRİKS-in yüksək rütbəli rəsmilərinin sammitində təmsil edən Ali Rəhbərin nümayəndəsi və Ali Milli Təhlükəsizlik Şurasının katibi bu sammitdəki çıxışında sionistlərin Qəzza və Fələstinin digər işğal olunmuş ərazilərindəki cinayətlərini dayandırmaq üçün BRİKS-ə üzv ölkələrin addım atmasını tələb etdi
İsrail müdafiə nazirinin evinin yaxınlığında etiraz aksiyası keçirilib
İsrail müdafiə ordusunun ehtiyatda olan hərbçiləri Qəzza zolağında Fələstinin HƏMAS hərəkatına qarşı qətiyyətli addımların atılmasını tələb edir. Bununla əlaqədar onlarla insan ölkənin müdafiə naziri Yoav Qalantın evinin yaxınlığında etiraz aksiyası keçirib.
Bu barədə "The Jerusalem Post" qəzeti yazıb.
Etirazçılar arasında həlak olan hərbçilərin qohumları və xidmətdə olan hərbi qulluqçular da olub və onlar müdafiə nazirindən qələbə tələb edən şüarlar səsləndiriblər.
İmam Həsən Əskərinin (ə) şəhadət günü Samirrada anım mərasimi baş tutub
Ötən gün İmam Həsən Əskərinin (ə) şəhadəti ilə əlaqədar Samirra şəhərində anım mərasimi keçirilib. İmam Əskərinin məqbərəsi yaxınlığında baş tutuan tədbirdə minlərlə insan iştirak edib.
Həmçinin, İmam Həsən Əskərinin (ə) şəhadətinin xatirəsinə ehtiram əlaməti olaraq əzadarların hazırladığı rəmzi tabut müqəddəs Samirra şəhərinə doğru hərəkət edib və onun şəhadət gecəsi əzadarlıq mərasimində gətirilib.
“Azərbaycan İran üzərindən kommunikasiya xətlərinin çəkilməsi istiqamətində işlər görür”
Azərbaycan İran üzərindən kommunikasiya xətlərinin çəkilməsi istiqamətində işlər görür.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə deyib.
Bəzi xarici şirkətlər ABŞ-ın sanksiyalarına görə Rusiyanı tərk edir
Sentyabrın 12-dən müxtəlif ixtisaslara malik bir çox xarici şirkət Rusiyanı tərk edir.
Şirkətlərin əksəriyyət buna səbəb kimi ABŞ-dan Rusiya Federasiyasına qarşı yeni sanksiyaları göstərir.
İsrail Qəzzada məktəbi bombalayıb, 18 nəfər ölüb
İsrail ordusu Qəzzadakı “Əl-Cauni” məktəbinə aviazərbələr endirməsi nəticəsində ilkin məlumata görə 18 nəfər ölüb.
Bu barədə “Aj-Jazeera” telekanalı xəbər verir.