12 February 2024

Türkiyə XİN: Qəzzadakı fəlakət daha da böyüyəcək

Qəzzadakı fəlakət daha da böyüyəcək.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin fevralın 12-də İsrailin Rəfah şəhərinə hücumları ilə bağlı yaydığı bəyanatda vurğulanıb.

Türkiyə bu hücumlardan narahatlığını bildirib: “Ərazidə daimi sülhün təmin olunması istiqamətindəki səylərə ziyan vurulur”.

Rəsmi Ankara həmçinin bəyanatda Qəzzadakı humanitar fəlakətin dayandırılması üçün BMT Təhlükəsizlik Şurasına müraciət edib.

Argentina Prezidenti Roma Papasından üzr istədi

Argentina Prezidenti Xavyer Miley Roma Papası Fransiskdən əvvəllər onu "Yer üzündə ən zərərli olanların nümayəndəsi" adlandırdığına görə üzr istəyib.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bu barədə Infobae portalı məlumat yayıb.

Miley İtaliyaya səfəri çərçivəsində Vatikanda Papa ilə görüşündə deyib: “Keçmiş açıqlamalarıma görə sizdən üzr istəmək istəyirəm”.

Qubad İbadoğlunun səhhətinin kəskin pisləşdiyi bildirilir

Həbsdə olan iqtisadçı alim, Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlunun səhhəti ağır olaraq qalır.

Operativtv.com Toplum TV-yə istinadən xəbər verir ki, bu barədə fevralın 12-də onun qardaşı Qalib Toğrul "Turan" informasiya agentliyinə açıqlamasında bildirib.

Qalib Toğrulun sözlərinə görə, qardaşının səhhətində son günlər kəskin pisləşmə qeydə alınıb:

İraqın baş naziri Həşdi-Şabi qərargahını ziyarət edib

İraqın baş naziri Məhəmməd Şia əl-Sudani Neynəva adasındakı Həşd əş-Şaabinin 44-cü briqadasının qərargahına təftiş səfəri edib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Baş nazir Sudani də havadan Səlahəddindəki strateji ərazilərə baxış keçirib.

Həşdi Şabi qüvvələri 2014-cü ildə İraqdakı şiə müsəlmanların əsas dini qurumu olan Ayətullah Əli Sistaninin fitvası ilə yaradılıb və 2015-ci ildə rəsmi status alıb.

Azərbaycan hərbi qulluqçusu yaralanıb

Azərbaycanın rəsmi Azərtac agentliyinin məlumatına görə, Ermənistan tərəfindən sərhəddə atəşkə pozulub.

Agentliyin məlumatına görə, fevralın 12-də saat 13:37 radələrində Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonu istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə atəş açılıb.

‘Naxçıvanski’də 3 milyon yarımlıq yeyinti: ‘Özümüzdən adlar və rəqəmlər uydurub, kartlar açırdıq’

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə 2015-2020-ci illərdə 3 milyon 450 min manatlıq yeyinti aşkarlanıb. Bunu liseyin maliyyə xidmətinin keçmiş rəisi, indi Müdafiə Nazirliyi Təlim Tədris Mərkəzinin müəllim Səbuhi Məmmədli deyib.

O, Müdafiə Nazirliyi sistemində 143 milyon manatlıq yeyinti ilə bağlı cinayət işi üzrə məhkəmədə dindirilib.

İslami Cihadın baş katibi Seyid Həsən Nəsrullahla görüşüb

Fələstin İslami Cihad Hərəkatının baş katibi Ziyad Nahlə fevralın 12-də Hizbullahın baş katibi Seyid Həsən Nəsrullah ilə görüşüb.

Bu görüşdə tərəflər Qəzza və İordan çayının qərb sahilindəki son siyasi hadisələri və digər müqavimət cəbhələrinin vəziyyətini dəyərləndiriblər. Bu görüşdə hər iki tərəf qələbəyə qədər müqavimət göstərməyin vacibliyini vurğulayaraq, meydandakı imkanları, meydanda və siyasi səviyyədə gözlənilən hadisələri müzakirə ediblər.

Yəməndə Britaniya gəmisi raket atəşinə tutulub

Yəmənin Əl-Muxa liman şəhərindən 40 dəniz mili cənubda, Qırmızı dənizdə Böyük Britaniyanın ticarət gəmisi hücuma məruz qalıb.

Bu barədə Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Nəqliyyatının Koordinasiyası Mərkəzi (UKMTO) “X” sosial şəbəkəsində məlumat yayıb.

Gəmi kapitanı iki raket atəşinə məruz qaldıqlarını bildirib. Ekipaj üzvlərindən heç biri xəsarət almayıb. Məlumata görə, hazırda gəmi dəniz limanına doğru hərəkət edir.

Bakıda İran İslam Respublikasının Milli Günü və İslam İnqilabının 45-ci ildönümü bayramı keçirilib

Fevralın 11-də Bakıda Azərbaycan Respublikasının hökumət, parlament və hərbi rəsmiləri, həmçinin xarici ölkələrin səfirləri, hərbi qulluqçuları və bir qrup İran vətəndaşının iştirakı ilə böyük İran xalqının İslam İnqilabının qələbəsinin 45-ci ildönümü və Milli günü münasibətilə mərasim keçirilib.

Qırğızıstan prezidenti ABŞ-yə xəbərdarlıq etdi

Qırğızıstan prezidenti Sadır Japarov ABŞ və digər ölkələri ölkənin daxili işlərinə qarışmamağa, respublikada baş verən prosesləri obyektiv qiymətləndirməyə çağırıb. 

Bu barədə TASS məlumat yayıb.

"Biz bərabərhüquqlu əməkdaşlığın tərəfdarıyıq və bütün ölkələr və beynəlxalq tərəfdaşlarla, o cümlədən ABŞ-lə birgə işləməyə hazırıq. Yeganə xahişim odur ki, ölkəmizin daxili işlərinə qarışmasın”, - deyə Japarov bildirib.

Karateçilərimiz Tbilisidə keçirilən Avropa çempionatında 8 medal qazandılar

Azərbaycan karateçiləri Tbilisidə keçirilən Avropa Çempionatında uğurla çıxış edərək 8 medal qazanıblar.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, “European Cadet, Junior&21 Karate Championship” yarışında 49 ölkədən 1166 idmançı iştirak edib.

Azərbaycanlı idmançılardan Fərid Hacızadə (55 kq) və Aslan Dostuyev (61 kq) qızıl medal qazanıblar.

“Yandırma, oxu!”: İslamofobiya əleyhinə maraqlı mübarizə

Niderlandın Arnhem şəhərində islamofobiya əleyhinə mübarizə çərçivəsində müsəlmanlar tərəfindən maraqlı bir təşəbbüs həyata keçirilib.

Belə ki, 13 yanvarda ultra-sağçı islamofob radikal Vaqensveldin müqəddəs Qurani-Kərimin nüsxəsini yandırmağa cəhd etdiyi Jansplein Meydanında “Yandırma, oxu!” adlı tədbir təşkil edilib.

Türkiyənin millət vəkilləri Qəzzaya görə BMT-nin iclasını tərk ediblər

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, Türkiyənin millət vəkilləri BMT-nin iclasını tərk ediblər.

Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində Birləşmiş Millətlər Təşkilatının iclaslarına qatılan Türkiyə Böyük Millət Məclisi (TBMM) heyəti İsrailin Qəzzaya hücumlarını gündəmə gətirib.