Qırğızıstan prezidenti ABŞ-yə xəbərdarlıq etdi

Qırğızıstan prezidenti Sadır Japarov ABŞ və digər ölkələri ölkənin daxili işlərinə qarışmamağa, respublikada baş verən prosesləri obyektiv qiymətləndirməyə çağırıb. 

Bu barədə TASS məlumat yayıb.

"Biz bərabərhüquqlu əməkdaşlığın tərəfdarıyıq və bütün ölkələr və beynəlxalq tərəfdaşlarla, o cümlədən ABŞ-lə birgə işləməyə hazırıq. Yeganə xahişim odur ki, ölkəmizin daxili işlərinə qarışmasın”, - deyə Japarov bildirib.

Bu bəyanat ABŞ dövlət katibi Entoni Blinkenin Qırğızıstan dövlətinin başçısına ünvanladığı mesaja cavabdır. 

Xatırladaq ki, bundan əvvəl Blinken Qırğızıstan prezidenti Sadır Japarova məktub yazaraq, xarici agentlər haqqında qanunların tətbiqinin təhlükələri barədə xəbərdarlıq etmişdi.

 

 

Unikal.az