“Yandırma, oxu!”: İslamofobiya əleyhinə maraqlı mübarizə

Niderlandın Arnhem şəhərində islamofobiya əleyhinə mübarizə çərçivəsində müsəlmanlar tərəfindən maraqlı bir təşəbbüs həyata keçirilib.

Belə ki, 13 yanvarda ultra-sağçı islamofob radikal Vaqensveldin müqəddəs Qurani-Kərimin nüsxəsini yandırmağa cəhd etdiyi Jansplein Meydanında “Yandırma, oxu!” adlı tədbir təşkil edilib.

Müsəlmanlar holland dilinə tərcümə edilmiş Qurani-Kərimləri və İslam dini haqda informativ broşürləri pulsuz şəkildə buradan keçən insanlara hədiyyə ediblər, onlarla İslam dini haqda maarifləndirici söhbətlər ediblər.

Bundan başqa, tədbir təşkilatçıları ərazidəki insanlara şirnilər də ikram ediblər.

 

Az.shafaqna.com