İlahiyyatçıya hökm oxundu
Noyabrın 24-də Bakı Ağır Cinayətlər Məhkəməsi narkotik ittihamı ilə şərlənərək həbs edilən ruhani İmran Ələsgərova hökm oxunub. İlahiyyatçı, Azərbaycan CM-nin 234.1.1 (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan mərhum edilib.