Noyabrın 24-də Bakı Ağır Cinayətlər Məhkəməsi narkotik ittihamı ilə şərlənərək həbs edilən ruhani İmran Ələsgərova hökm oxunub. İlahiyyatçı, Azərbaycan CM-nin 234.1.1 (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan mərhum edilib.
Qeyd edək ki, ruhani İmran Ələsgərov bu ilin mart ayının 29-da saxlanılmışdı. Saxlanılan zaman onun barəsində narkotik ittihamı irəli sürülsə də, bəlli vəziyyətdə İmran Əsgərovun da saxlanılması hakimiyyətin ölkədə inanclılara qarşı reperessiya siyasəti çərçivəsində gerçəkləşdiyi aydın idi.
Bundan öncə İmran Ələsgərov yanvarın 21-də saxlanılaraq 30 gün inzibatı cəza almışdı. Saxlanılmasına səbəb olaraq AİP sədri Hacı Mövsüm Səmədovun azadlığından sonra bir çox möminlərin onunla görüşməsi üçün ruhani İmran Ələsgərovun evin təklif etməsi olmuşdu.
İlahiyyatçıya hökm oxundu