22 November 2023

"Neftçi" Azərbaycan çempionatında ilk qələbəsini qazanıb

Bu gün kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyun keçirilib.

GİN-in Voleybol Mərkəzində baş tutan qarşılaşmada MOİK son ölkə çempionatının bürünc medalçısı “Neftçi” ilə üz-üzə gəlib.

Matçın qalibi 3 setdə bəlli olub. Pərviz Səmədovun rəhbərlik etdiyi “Neftçi” 3:0 (25:11, 25:13, 25:15) hesablı qələbə ilə çempionatda ilk xallarını qazanıb.

 

Report

İsrail Azərbaycanda da antisemitizm fəaliyyəti ilə bağlı qaynar xətt açıb

İsrail postsovet ölkələrində antisemitizm fəaliyyəti barədə məlumat vermək üçün qaynar xətt açıb. O, yəhudi icmalarının təhlükəsizliyini təhdid edən məzmun, antisemit çağırışlar və hərəkətlər barədə məlumatlılığı artırmaq üçün nəzərdə tutulub.

Qaynar xəttin xüsusilə MDB məkanında Azərbaycan da daxil olmaqla yaradıldığı deyilir. Qeyd olunur ki, keçmiş SSRİ ölkələrinin yəhudi icmaları ilə təmasda olan İsrail dövlət xidməti "Nativ" anti-yəhudi fəaliyyətləri barədə məlumat almaq üçün qaynar xətt açıb.

Çini məscidləri bağlamaqda və dağıtmaqda günahlandırırlar

Human Rights Watch (HRW) beynəlxalq insan haqları təşkilatı bəyan edib ki, Çin hakimiyyəti ölkənin şimalındakı məscidləri sistematik olaraq bağlayır və ya dağıdır.

Bəyanatda deyilir ki, bu, Pekinin etnik azlıqların və dini qrupların yaşadığı ərazidə apardığı "çinləşdirmə" siyasətinin bir hissəsdir.

HRW bildirir ki, Ninsya-Huey və Qansu vilayətlərində son illərdə bir çox məscidlər ya bağlanıb, ya dağıdılıb, ya da "dünyəvi istifadə" üçün müxtəlif qurumlara verilib.

Aİ Fələstinə yardım proqramlarını davam edəcəyini deyir

Avropa İttifaqıı bildirib ki, HƏMAS-ın İsrailə 7 oktyabr hücumundan sonra fələstinlilərə verdiyi inkişaf yardımını nəzərdən keçirərkən, silahlı qruplaşmaya vəsaitin getdiyinə dair heç bir dəlil tapmadığını və yardımın davam edəcəyini bildirib.

Aİ fələstinlilərə bu kimi yardımların ən böyük təminatçısıdır. Qurum 2021-2024-cü illər üçün proqramları üçün 1,3 milyard dollar ayırıb.

Qalib Toğrul: "Gözlədiymiz kimi şikayətlərimiz təmin edilmədi"

Noyabrın 22-də Bakı Apellyasiya Məhkəməsində ADR Partiyasının sədri, professor Qubad İbadoğlunun həbs müddətinin uzadılmasından verilmiş şikayətə baxılıb.

Nərimanov Məhkəməsində noyabrın 16-da ADR Partiyasının sədri, professor Qubad İbadoğlunun həbs müddətinin 3 ay uzadılması ilə bağlı qərar qəbul etmişdi.

Qubad İbadoğlunun qardaşı Qalib Toğrul Amerikanın Səsinə açıqlamasında bildirib ki, şikayət təmin edilməyib:

Hizbullah İsrailə məxsus hərbi zavodu vurub

Livan Hizbullah Hərəkatı sionist İsrail qüvvələrinə qarşı hücumları ilə bağlı bəyanat verib.

Livanın Nəbatiyyə vilayətinin Kefur bölgəsində bir alüminium fabrikinə İsraili işğal edərək əvvəlki hücuma cavab olaraq Hizbullah sionist İsrailin Şlomi bölgəsində yerləşən müdafiə sənayesi şirkəti Rafaelin fabrikini raketlərlə hədəfə alıb.

Hücumdan sonra fabrikdə yanğının başladığı bildirilib.

BRICS-dən Fələstin Bəyannaməsi

Qəzzadakı vəziyyətin onlayn müzakirə olunduğu, BRİKS liderləri və BRİKS üzvlüyünə dəvət olunmuş ölkələrin liderlərinin iştirak etdiyi “Yaxın Şərqdəki vəziyyətlə bağlı fövqəladə birgə iclas” keçirilib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, sammitin yekun bəyannaməsində əsir götürülən mülki şəxslərin azadlığa buraxılması çağırışı edilib, mülki şəxslərin beynəlxalq qanunlara uyğun olaraq qorunmasının vacibliyi vurğulanıb.

Vaşinqton jurnalistlərin və ictimai fəalın həbsinə reaksiya verib

ABŞ "AbzasMedia"nın jurnalistləri Ülvi Həsənli, Sevinc Vaqifqızı,  həmçinin ictimai fəal Məhəmməd Kekalovun həbsinə reaksiya verib. 

Operativtv.com Toplum TV-yə informasiya agentliyinə istinadən xəbər verir ki, Dövlət Departamentinin sözçüsü Metyu Miller ABŞ-ın bu həbslərdən "dərindən narahat olduğunu" bildirib. 

İsrail rejimi bu dəfə Livandakı kilsəni hədəfə alıb

İsrail ordusu Livanın cənubundakı Yarun yaşayış məntəqəsinə artilleriya zərbəsi endirib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, bu barədə qəsəbənin meri məlumat verib.

Qeyd edilib ki, zərbələr yerli xristian icmasına məxsus müqəddəs Giorgi məbədinə endirilib və nəticədə məbədə ciddi dəyib.

Xəsarət alan olmayıb.

Məhəmməd Kekalov saxlanıb

Noyabrın 20-i səhər saatlarında evindən mülki geyimli şəxslərin zorla apardığı deyilən ictimai fəal Məhəmməd Kekalovun saxlandığı təsdiq edilib.

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətindən Elşad Hacıyev "Turan"a deyib ki, M.Kekalov cinayət işi ilə bağlı məsuliyyətə cəlb edilib: "Araşdırma aparılır".

Suriyada həbs düşərgəsində olan 12 Azərbaycan vətəndaşı ölkəyə gətirilib

Noyabrın 21-də Suriya ərazisində yerləşən düşərgələrdə saxlanılan 8 nəfəri uşaq və 4 nəfəri qadın olmaqla 12 nəfər Azərbaycan vətəndaşının ölkəyə repatriasiyası həyata keçirilib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlik bildirir ki, repatriantların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

İsrail kabineti atəşkəsə razılıq verdi

İsrail kabineti çərşənbə günü HƏMASla atəşkəs razılşamasını təsdiqləyib. Qüvvəyə minəcəyi təqdirdə atəşkəsin 7 oktyabrdan bəri başlanan döyüşlərdə ilk fasilə yaradacağı və Qəzzada saxlanılan onlarla girovu azadlığa qovuşduracağı gözlənilir.

Razılaşma dördgünlük atəşkəsi əhatə edir. Bu müddət ərzində İsrail qüvvələri Qəzza zolağında əməliyyatları dayandırmalı, HƏMAS isə götürdüyü 240 girovdan azı 50-ni sərbəst buraxmalıdır.