04 November 2023

“İran müdaxilə etsə, Nil əvəzinə Aralıq dənizində boğulacaqsınız”

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvi İsrail rejimi səfirinin çıxışlarına reaksiya olaraq deyib: "İndiki mərhələdə sizə sadəcə cəsur HƏMAS döyüşçüləri kifayətdir. Siz hörümçək torundan daha boş və zəifsiz. Unutmayın ki, bir gün İran müdaxilə etsə, bu dəfə Nil çayının yerinə Aralıq dənizində dəfn ediləcəksiz. Sizin xilas yolunuz yoxdur".

İsrail bu dəfə məktəbi bombaladı: Çox sayda ölən və yaralanan var

Qəzzada Fələstin Səhiyyə Nazirliyinin verdiyi yazılı açıqlamaya görə, sionist İsrail ordusu Qəzzanın şimalındakı Səftavi bölgəsində qaçqınların qaldığı Usamə bin Zeyd məktəbini bombalayıb.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, uşaq qatili sionist rejimin bu hücumunda çox sayda günahsız dinc sakin şəhid və yaralanıb.

İsrailin baş naziri Benyamin Netanyahu oğlunu müharibəyə göndərib?

“Moizə” kanalının növbəti yalanı.

“Telegram”da fəaliyyət göstərən “Mouze” kanalının paylaşdığı məlumata görə, İsrailin baş naziri Benyamin Netanyahu oğlunu Qəzza zolağında keçirilən hərbi əməliyyatlarda iştirak etmək üçün yola salıb.

“Fakt Yoxla” bu iddianın doğru olub-olmadığını yoxlayıb.

Skrinşot “Mouze” kanalından götürülüb

Dünya çempionatı: Azərbaycanın minifutbol yığması üçüncü yer uğrunda görüşə çıxacaq

Minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında bu gün sonuncu oyununa çıxacaq.

 Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv üçüncü yer uğrunda görüşdə Macarıstanla üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan yığması yarımfinalda Qazaxıstana 2:3 hesabı ilə uduzub.

 

Mübariz Qurbanlı: "Dünya təhlükəli vəziyyətdədir və dini münaqişələrin hələ də mövcudluğu təəssüf doğurur"

"Dünya təhlükəli vəziyyətdədir və dini münaqişələrin hələ də mövcudluğu təəssüf doğurur".

Operativtv.com Report-a istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı qurumun tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun (MDTF) təşkilatçılığı ilə “Biz birlikdə güclüyük” mövzusunda keçirilən konfransda deyib

Qubad İbadoğlunun tərəfdarları Apellyasiya Məhkəməsinin binası qarşısında etiraz aksiyası keçiriblər

Noyabrın 3-də Bakı Apellyasiya Məhkəməsi müxalifətyönlü siyasətçi  Qubad İbadoğlunun əmlak girovu müqabilində təcridxanadan azad edilməsindən imtina edilməsilə bağlı şikayətini təmin etməyib.Bu barədə onun vəkili Zibeyda Sadıqova bildirib.

Bakıdan İran ərazisi ilə Naxçıvana avtobus reyslərinin sayı artırılıb

Bakıdan İran ərazisi ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikasına və əksinə avtobus reysləri 4-ə çatdırılıb.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, Bakı-Naxçıvan-Bakı müntəzəm avtobus marşrutunun hərəkət qrafikində saat 19:00-a daha bir reys əlavə olunub.

Hazırda sərnişinlər biletim.az portalı üzərindən saat 09:00, 19:00, 20:00 və 21:00 reyslərinə bilet əldə edə bilərlər.

İraq Nücabə hərəkatının rəhbərindən Nəsrullahın çıxışı ilə bağlı açıqlama

İraq Nücəbə İslami Müqavimət Hərəkatının İrandakı nümayəndəliyinin informasiya mərkəzi Livan Hizbullahının baş katibi Həsən Nəsrullahın çıxışından sonra İraq Nücəbə İslami Müqavimət Hərəkatının baş katibi Şeyx Əkrəm Əl-Kəbinin mesajını dərc edib. Mesajda deyilir:

İslam Əməkdaşlıq Təşkilatı: İsrail minlərlə mülki vətəndaşı öldürməkdə davam edir

İslam Əməkdaşlıq Təşkilatından (İƏT) verilən yazılı açıqlamada sionist İsrailin 7 oktyabrdan bəri bombardman altında olan Qəzza zolağında səhiyyə və təhsil xidmətlərini hədəf almasına reaksiya verilib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, açıqlamada bu ifadələr yer alıb:

İsrailə qarşı nifrət genişlənir - Honduras da səfirini geri çağırdı

Honduras Qəzza zolağında humanitar qanunları pozduğuna görə cinayətkar İsraildən səfirini geri çağırıb.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, bu barədə Honduras Xarici İşlər Nazirliyi məlumat verib.

Qeyd edək ki, bundan əvvəl Boliviya, Kolumbiya, Çili, İordaniya və Bəhreyn öz səfirlərini sionist rejimdən geri çağırıb.