02 June 2023

ABŞ və Səudiyyə Ərəbistanı Sudanla bağlı görüşləri təxirə salıb

ABŞ və Səudiyyə Ərəbistanı Sudan ordusu ilə xüsusi təyinatlılar arasında qarşıdurmanı dayandırmaq üçün Ciddə şəhərində atəşkəs danışıqlarının dayandırıldığını açıqlayıb.

 

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, ABŞ-ın Xartumdakı səfirliyinin sosial media hesablarından paylaşdığı iki ölkənin birgə bəyanatında bu qərarın Sudan Silahlı Qüvvələri və xüsusi təyinatlıların elan etdiyi atəşkəs rejimini pozması nəticəsində qəbul edildiyi bildirilib.

Benzema Ərəbistan klubuna keçməsi ilə bağlı iddialara cavab verdi

"Real Madrid"in hücumçusu Kərim Benzema Səudiyyə Ərəbistanı klubuna keçməsi ilə bağlı şayiələrə cavab verib. 

"Unikal" xarici KİV-ə istinadla xəbər verir ki, o, yazılanları real adlandırmayıb. 

Qeyd edək ki, İspan mətbuatının məlumatına görə, Benzema Səudiyyə Ərəbistanı klubunda iki illik müqavilə ilə 200 milyon avro qazana bilər.

İlkin Suleymanov son söz deyib, bəraət istəyib

İyunun 2-də Gəncə Ağır Cinayətlər Məhkəməsində İlkin Süleymanov son söz deyib. O, 10 yaşlı Nərmin Quliyevayla bağlı cinayətin boynuna işgəncəylə qoyulmasından danışıb: "Mən yanan meyiti görüb bu barədə polisə məlumat verəndə ağlıma da gəlməzdi ki, bu cinayət öz boynumda qalacaq. Nərminin ailəsi mənə qarşı çıxmaqla bu cinayətin açılmasında maraqlı olmadığını göstərib. 3 il 6 aydır ki, şərlənərək həbsə atılmışam. Məhkəmədən ədalətli qərar verilməsini, bəraət hökmü çıxarılmasını xahiş edirəm'. 

Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin həmməruzəçilərinin səfər proqramı haqda

Operativtv.com Turan-a istinadən xəbər verir ki, Avropa Şurası Parlament Assambleyasının Azərbaycanın monitorinqi üzrə həmməruzəçiləri Yan Liddell-Qreynqer (Böyük Britaniya, AK/DA) və Liz Kristofersen (Norveç, SOC) Avropa Şurası Parlament Assambleyasının 2184 saylı qətnaməsi (2017-ci il)  üzrə Avropa Şurası qarşısında öhdəliklərin yerinə yetirilməsini qiymətləndirmək məqsədilə iyunun 3-dən 7-dək ölkədə tanışlıq səfərində olacaqlar. Bu barədə Avropa Şurası Parlament Assambleyasından Turan-a daxil olan məlumatda deyilir.

Azərbaycan hakimiyyəti İranın Bakıdakı Mədəniyyət nümayəndəliyini bağlayıb

Operativtv.com Turan-a istinadən xəbər verir ki, Tehran İranın Bakıdakı Mədəniyyət nümayəndəliyinin bağlanması barədə Azərbaycan hakimiyyətinin qərarına təmkinlə reaksiya verib.

"İran öz qonşuları ilə münasibətlərdə həmişə xoş niyyətdə olub və iki ölkə arasındakı problemləri dialoq yolu ilə, məntiqsiz, emosional və gərginliyi artıran hərəkətlərdən çəkinməklə həll etmək istəyib", - İran Xarici İşlər Nazirliyinin adının çəkilməsini istəməyən nümayəndəsinin İRNA agentliyində dərc olunmuş şərhində deyilir.

Dünya Bankı Azərbaycanın Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 2 milyon dollar qrant ayırıb

Dünya Bankı Azərbaycanda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması məqsədi ilə 2 milyon ABŞ dolları qrant ayırıb.

Dünya Bankının məlumatında deyilir ki, iyunun 2-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə Azərbaycanda Məcburi Köçkünlərin Həyat Şəraitinin Yaxşılaşdırılması Layihəsinin maliyyələşdirilməsi ilə bağlı qrant Sazişi imzalanıb.

QMİ Məhərrəm ayı və Aşura gününün vaxtını açıqlayıb

Bu il Məhərrəm ayı iyulun 19-da daxil olacaq.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsi məlumat verilib.

Beləliklə, iyulun 19-da Hicri-qəməri təqvimi ilə 1444-cü il başa çatır və 1445-ci il başlayır. Məhərrəm ayının 10-u Aşura günü isə iyulun 28-nə təsadüf edir.

Avqustun 17-si Məhərrəm ayı başa çatır və 18-dən Səfər ayı başlayır. Sentyabrın 16-da isə Səfər ayı başa çatacaq.

Seneqalda etirazlar zamanı 9 nəfər ölüb

Seneqal müxalifət lideri Usman Sonkonun mühakimə olunmasından sonra ölkədə başlayan etirazlarda ən azı 9 nəfər ölüb.

Operativtv.com Reporta istinadən xəbər verir ki, bu barədə “Senego” internet portalı ölkənin daxili işlər naziri Antuan Dioma istinadən məlumat yayıb.

Daxili işlər naziri də sosial şəbəkələrə girişin məhdudlaşdırıldığını açıqlayıb.

Dünya çempionatı: Azərbaycanın daha iki təmsilçisi medalsız qalıb

Azərbaycanın daha iki taekvondoçusu Bakıda keçirilən dünya çempionatında medal qazana bilməyib.

Operativtv.com Reporta istinadən məlumatına görə, 54 kq çəki dərəcəsində çıxış edən Səyyad Dadaşov 1/16 final mərhələsində Omonjon Otajonova uduzub.

Qadınların yarışında 46 kq-dakı Minayə Əkbərova eyni raundda Ruka Okamoto (Yaponiya) ilə dueldən məğlub ayrılıb.

3 nəfər qadın Azərbaycan Respublikası vətəndaşı Iraqdan vətənə gətirilib.

Operativtv.com Turan-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının hökuməti tərəfindən aparılmış müvafiq əlaqələndirmə işi, habelə ölkəmizin aidiyyəti dövlət qurumlarının mərhələli və koordinasiyalı tədbirləri nəticəsində, İraq Respublikasında məhbus həyatı sürmüş və hal-hazırda cəza müddəti bitmiş 3 nəfər qadın Azərbaycan Respublikası vətəndaşı ölkəmizə gətirilib.

Növbəti mərhələdə daha 2 nəfər cəza müddəti bitmiş Azərbaycan Respublikası vətəndaşının ölkəmizə gətirilməsi nəzərdə tutulur.

Daha 25 azərbaycanlı Almaniyadan Azərbaycana gətirilib

“Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində 31 may tarixində 25 nəfər Azərbaycan Respublikası vətəndaşı Almaniya Federativ Respublikasından ölkəyə geri qəbul edilib.

Operativtv.com bu barədə APA-ya istinadən Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsindən bildirilib.

Kişinyovda Azərbaycan, Ermənistan, Avropa İttifaqı Şurası, Almaniya və Fransa liderləri görüşüb

Operativtv.com Amerikanın Səsinə istinadən xəbər verir ki, iyunun 1-də Moldovanın paytaxtı Kişineuda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Almaniyanın Kansleri Olaf Şolts və Fransanın Prezidenti Emmanuel Makron arasında qeyri-rəsmi görüş keçirlib.

Avropa ölkələri liderləri Moldovada bir araya gəliblər

Avropa ölkələri liderləri Avropa Siyasi Birliyinin iyunun 1-i baş tutan ikinci sammitinə qatılmaq üçün Moldovanın paytaxtı Kişinyov şəhəri yaxınlığındakı Mimi qəsrinə toplaşıblar. 45 dövlət və hökumət başçılarının, habelə Avropa İttifaqı rəsmilərinin qatıldığı sammitdə Ukrayna müharibəsi, təhlükəsizlik, enerji və miqrasiya məsələri müzakirə edilib.

Ukrayna prezidenti Volodimir Zelenski tədbirin açılış mərasimində çıxış edərək NATO və Avropa İttifaqı ölkələrini Ukraynanın bu qurumlara üzvlüyü istiqamətində aydın qərarlar verməyə çağırıb.