Azadlığın mübarək azad insan

Xalqın sevgisini, inamını qazanmaq vətəndaşın əldə edə biləcəyi ən qiymətli naliyyətdir. Qəlblərdə xüsusi etibara yiyələnmək şəxsin varlığı, ölümsüzlük ikserini dadmış əbədiyaşar bir insana çevrilməsi kimidir. Çox şükür ki, yaşadığımız bu mühitin neqativ rəngləri arasında pozetiv, gözəl, sevilən dəyərli insanlarımız da var.
Abid Qafarov sözün əsil mənasında xalqın inamını qazanmış, sevgi və rəğbətini əldə etmiş insanlardandır. Bir ömür haqqın, həqiqətin yaşaması, zülm və haqsızlığın ifşası üçün bütün gücünü səfərbər edən bu dəyərli insan ötən il Tərtər işinin ifşasına görə hakimiyyətin qəzəbinə tuş gələrək azadlıqdan məhrum edilmişdi.
Şübhəsiz həbs dövrü Abid bəyin baxışlarında daha yeni mübarizə metodu, hadisələrə kənardan baxmaq fürsətini verdi. Bu yanaşım onun gələcək naliyyətlərində özünü göstərəcəyi mütləqdir.
Abid bəyi biz də öz növbəmizdə həbsxana həyatına son verən, cismi azadlıq əldə etdiyi bu gözəl gün münasibəti ilə təbrik edir, Allahdan ona gələcək həyatında uğur və müvəffəqiyyətin davamını diləyirik. Azadlığın mübarək azad insan.
 
Müsəlman Birliyi Hərəkatı.