11 March 2023

Rusiya nefti son dörd ildə ilk dəfə Qərbi Afrikaya çatdırılıb

Göyərtəsində Rusiya nefti olan tanker son dörd ildə ilk dəfə Qərbi Afrika sularına daxil olub. Hazırda gəmi Qana sahillərində boşaldılmasını gözləyir.

Operativtv.com Report-a istinadən xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Bu tankerin marşrutu bu ilin əvvəlində Novorossiyskdən başlayıb və fevralın sonu Qananın ərazi sularına çatıb.

Çexiya paytaxtında hökumət əleyhinə mitinq olub, saxlanılanlar var

Çexiyanın paytaxtı Praqanın Vatslas meydanında qiymət artımına qarşı anti-hökumət mitinqi keçirilib.

Operativtv.com Report-a istinadən xəbər verir ki, bu barədə "idnes.cz" xəbər portalı məlumat yayıb.

Etirazçılar qiymət artımını və inflyasiyanı dayandırmağı tələb ediblər. Eyni zamanda Ukrayna böhranının sülh yolu ilə həllinə çağırışlar səsləndirilib.

Polisin məlumatına görə, mitinq zamanı 18 nəfər saxlanılıb.

"Moskvaya getməsəm, Kiyevə də getməyəcəm" - Roma Papası

Roma Papası Fransisk bir şərtlə Kiyevə getməyə hazır olduğunu bildirib. 

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, Roma Papası bu barədə "La Nation"müsahibəsində deyib. "Mən Kiyevə getməyə hazıram və ora getmək istəyirəm. Amma mən bunu Moskvaya getmək şərti ilə edəcəm. Mən ya hər iki ölkəyə gedirəm, ya da heç birinə getmirəm", - Papa açıqlayıb. 

Bakıda islamofobiya ilə mübarizəyə dair beynəlxalq konfrans keçiriləcək

Martın 15-16-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və G20 Dinlərarası Dialoq Forumu İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününə həsr olunan “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfrans keçirəcək.

İctimai fəal saxlanılıb

9 mart tarixində saxlanılan inanclı fəal Bəxtiyar Babaşovu bu gün Nərimanov məhkəməsinə önünə çxarılıb.Hakim Vüsal qurbanovun sədrliyi ilə keçən məhkəmədə Babaşova 234.1-1 (234.1-1. Bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə - üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə) maddəsi ilə ittiham irəli sürülüb. Məlumatı vəkil Zibeydə Zəkəriyyəyeva sosial media üzərindən paylaşıb.

Ayətullah Xameneinin ispandilli xalqlara mesajı

Karakasda İslam İnqilabının Rəhbərinin Xatirələrinin ispanca versiyasının nəşri ilə eyni vaxtda Ayətullah Xameneinin ispandilli xalqlara müraciəti dərc olunub. “14 nömrəli hücrə” adlı xatirələrinin təqdimatı İran mədəniyyət xadimlərinin iştirakı ilə, Venesuela və ispandilli mədəniyyət fəallarının səyləri ilə dostluq mədəniyyəti sərgisində keçirilib. İran və Venesuela arasında Venesuelanın paytaxtı Karakasın İspan versiyası keçirilib.

İslam İnqilabının Rəhbərinin mesajının mətnində aşağıdakı ifadələr yer alıb:

Türkiyədə təhlükəli terrorçu məhvi, son dövrlər daxili terror cəhdləri Türkiyədə aktivləşib

Türkiyədə Eren Abluka silsilə əməliyyatları çərçivəsində ən təhlükəli terrorçu olan Hamiyet Yalçınkaya zərərsizləşdirilib. Daxili İşlər Naziri Süleyman Soylu terrorçunun “qırmızı kateqoriya” üzrə axtarışda olduğunu bildirib. H.Yalçınkayanın kod adı Leyla Amed olub. Maraqlı odur ki, son dövrlər Türkiyə ardı arası kəsilmədən terrorçuların həbsi və ya zərərsizləşdirilməsi ilə bağlı çoxsaylı gərginliklər yaşayır. Bunun isə münasibətlərdə pozuntu yaşanan Qərbin Türkiyəyə qarşı təxtibatı olma ehtimalı az deyil.

Bakıda keçirilən Dünya Kubokunda ilk mükafatçılar bəlli olub

Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunun ilk mükafatçıları bəlli olub.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, bu gün baş tutan final mərhələsində kişilər arasında sərbəst hərəkətlərdə Qazaxıstan təmsilçisi Milad Kərimi çempion olub. O, ümumilikdə 14.200 xal toplayaraq bütün rəqiblərini qabaqlayıb.

İkinci yeri 13.933 xal toplamış ukraynalı İliya Kovtun tutub. ABŞ təmsilçisi Rili Ruus isə 13.733 xalla bürünc medal qazanıb.

Su da bahalaşacaq

Azərsu: "İnkişaf etmiş ölkələrin heç birində və postsovet ölkələrinin heç birində bu tariflə su satılmır. Su tariflərinin artırılması üçün təşəbbüslə çıxış etmək istəyirik".

Avropa Şurası Türkiyədə sərbəst toplaşmaq azadlığını qorumaq üçün tədbirlər görməyə çağırır

Avropa Şurası Nazirlər Komitəsi Türkiyəni Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) presedent hüququna uyğun olaraq sərbəst toplaşmaq azadlığını təmin etmək üçün addımlar atmağa çağırıb.

Nazirlər Komitəsi AİHM qərarlarının icrasına nəzarət etmək üçün keçirdiyi son rüblük iclasında “Oya Ataman qrupu işi” ilə bağlı müvəqqəti qərar qəbul edib.

Suriya müqavimət oxunun əsasını təşkil edir

Operativtv.com Rasthaber - ə istinadən xəbər verir ki, Hizbullah Hərəkatının baş katibi Seyid Həsən Nəsrullah Livan və Suriyadakı vəziyyəti dəyərləndirib.

Hizbullah Hərəkatının baş katibi Seyid Həsən Nəsrullah Hacı Əsəd Mahmud Sağirin (Hacı Saleh) anım mərasimində çıxış edib. Nəsrullah deyib ki, Hizbullahın qurucu üzvlərindən biri olan Hacı Saleh İsrailin casus şəbəkələrinin dağıdılmasında mühüm rol oynayıb.

İran və Səudiyyə Ərəbistanı münasibətləri normallaşdırmaq barədə razılığa gəliblər

Operativtv.com Rasthaber - ə istinadən xəbər verir ki, Pekində İran və Səudiyyə Ərəbistanı arasında aparılan danışıqlarda razılıq əldə olunub. İki ay ərzində diplomatik əlaqələrin bərpası, səfirlik və nümayəndəliklərin açılması barədə razılığa gələn iki ölkənin xarici işlər nazirləri bu qərarı həyata keçirmək üçün görüşəcəklər.