Türkiyədə təhlükəli terrorçu məhvi, son dövrlər daxili terror cəhdləri Türkiyədə aktivləşib

Türkiyədə Eren Abluka silsilə əməliyyatları çərçivəsində ən təhlükəli terrorçu olan Hamiyet Yalçınkaya zərərsizləşdirilib. Daxili İşlər Naziri Süleyman Soylu terrorçunun “qırmızı kateqoriya” üzrə axtarışda olduğunu bildirib. H.Yalçınkayanın kod adı Leyla Amed olub. Maraqlı odur ki, son dövrlər Türkiyə ardı arası kəsilmədən terrorçuların həbsi və ya zərərsizləşdirilməsi ilə bağlı çoxsaylı gərginliklər yaşayır. Bunun isə münasibətlərdə pozuntu yaşanan Qərbin Türkiyəyə qarşı təxtibatı olma ehtimalı az deyil.