Suriya müqavimət oxunun əsasını təşkil edir

Operativtv.com Rasthaber - ə istinadən xəbər verir ki, Hizbullah Hərəkatının baş katibi Seyid Həsən Nəsrullah Livan və Suriyadakı vəziyyəti dəyərləndirib.

Hizbullah Hərəkatının baş katibi Seyid Həsən Nəsrullah Hacı Əsəd Mahmud Sağirin (Hacı Saleh) anım mərasimində çıxış edib. Nəsrullah deyib ki, Hizbullahın qurucu üzvlərindən biri olan Hacı Saleh İsrailin casus şəbəkələrinin dağıdılmasında mühüm rol oynayıb.

Suriya böhranına da toxunan Nəsrullah, "Suriyaya qarşı başladılan hərtərəfli müharibə məğlub oldu, lakin hələ də bəzi məsələlər olduğu üçün tam qələbədən danışmıram" deyib.

Həsən Nəsrullah sözünə belə davam etdi: "Ərəb-İsrail qarşıdurması başlayandan bəri hamımız Suriyanın mövqeyini yaxşı bilirik. Suriya həmişə sionist düşmənlə mübarizədə əsas sütun olub və Müqavimət Oxunun bazasında olub. Dəməşq administrasiyası buna baxmayaraq, bu geniş müharibədə mövqeyini saxlayıb.

Çoxsaylı şərhçilər Suriyanın ərəb dünyasının qucağına qayıdacaq və Müqavimət Oxunu tərk edəcəyini iddia edirlər. Hesab edirəm ki, bu doğru deyil, çünki Suriya müqavimətin ürəyidir. Vətəndaş müharibəsinin ikinci ilində Dəməşqə sionist düşmənlə mübarizəni dayandırmaq tövsiyə olundu, lakin Suriya liderləri bundan imtina etdilər.”

Nəsrullah Suriyanın ABŞ-ın piyadası olmadığı üçün öz maraqlarına uyğun hərəkət etdiyini ifadə edərək, "Suriya müqaviməti olmasaydı, barışıq çoxdan olacaqdı, lakin Suriyanın müqavimət hərəkatlarına dəstək verməsi tənliyi dəyişdi. 2006-cı ildə Livana qarşı mübarizə uğursuzluğa düçar oldu, növbəti addım ABŞ və İsrail tərəfindən Suriya ərazilərini işğal etmək oldu, lakin bu plan uğursuz oldu. ABŞ Dəməşqlə ölkələr arasında münasibətlərin normallaşmasına mane olan dağıdıcı ölkədir”- deyə Nəsrullah deyib və əlavə edib ki, ABŞ Sezar sanksiyaları qanunundan Suriyaya qarşı silah kimi istifadə edir.