21 November 2022

Səlim Müslümovun dövründə zavod direktorunun adına 5 şirkət açılıb

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun məhkəməsində məlum olub ki, zavod direktorunun adına 5 şirkət açılıb.

Operativtv.com Report-a istinadən xəbərinə görə, bu barədə şahid Şaiq Əhədov Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə deyib.

O bildirib ki, Cəlilabad və Lerikdə binalar tikib: "Özüm tikinti mütəxəssisiyəm. Beş şirkətə görə dövlətə 90 min manat ziyan vermişəm. Onların hamısını ödəmişəm".

İran Azərbaycan, Rusiya və Ermənistanla elektrik şəbəkələrini sinxronlaşdırır

İranın elektrik şəbəkələrinin Rusiya, Ermənistan və Azərbaycanla sinxronlaşdırılması layihəsi davam edir.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bunu İranın energetika naziri Əli-Əkbər Mehrabian deyib.

Onun sözlərinə görə, Rusiya və İranın elektrik şəbəkələrinin ilkin sinxronlaşdırılması başa çatıb, həmçinin Rusiya, Ermənistan, Azərbaycan və İranın elektrik şəbəkələrinin birgə sinxronlaşdırılması üçün texniki tədbirlər həyata keçirilir.

Norveç Ukraynaya qaz almaq üçün 195 milyon ayırır

Norveç hökuməti Ukraynanın qış enerji təchizatını dəstəkləmək üçün 2 milyard NOK (təxminən 195 milyon dollar) ayırıb.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi hökumətin yaydığı bəyanatda bildirilir.

Trygve Slagsvoll Vedum Krallığının maliyyə naziri Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndəsi ilə müvafiq saziş imzalayıb və onun vasitəsilə qazın alınması üçün Ukraynaya maliyyə yardımı göndərilir.

Bakı Oksford Məktəbinin müsadirə olunması istənilib

“Baku Steel Company”nin keçmiş rəhbəri Rasim Məmmədovun cinayət işi ilə bağlı üzərinə həbs qoyulmuş əmlaklarının müsadirə olunması istənilib.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova – Məmmədovanın sədrliyi keçirilən iclasda dövlət ittihamçısının çıxışında bildirilib.

Ərdoğan ABŞ-ın Suriyaya yanaşmasından təəssüfləndiyini bildirib

Türkiyə Suriya və İraqda terrorçuların hədəflərinə zərbələr endirmək planları ilə bağlı ABŞ və Rusiyanı xəbərdar etmir. 

SalamNews-un AA-ya istinadla verdiyi xəbərə görə, bunu prezident Rəcəb Tayyib Ərdoğan Qətərdə keçirilən dünya çempionatının açılışında onu müşayiət edən jurnalistlərə müsahibəsində bildirib. 

İran XİN: Son günlərdə Azərbaycan tərəfindən müsbət mesajlar almışıq

“Son günlərdə Azərbaycan rəsmiləri ilə ikitərəfli danışıqlarda müsbət mesajlar almışıq. Ümidvarıq, bu müsbət ritorikaya uyğun olaraq lazımi addımlar atılacaq.”

Operattivtv.com SalamNews-a istinadən xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani deyib.

Niderland Seneqala qarşı - DÇ-2022

Bu gün Qətərdə keçirilən DÇ-2022-nin A qrupunda ilk tura yekun vurulacaq.

Operativtv.com Apasport.az-a istinadən məlumatına görə, qrupun ikinci matçında Seneqalla Niderland üz-üzə gəlib.

Qrupun favoriti olan “narıncılar” Afrika təmsilçisi ilə matçda da daha şanslı hesab olunur. Əsas ulduzu Sadio Maneni itirən seneqallılar güclü rəqiblə qarşılaşmada uduzmamaq üçün mübarizə aparacaq.

Filippində “Milli Hicab Günü” qanunu qəbul edilib

Filippin Nümayəndələr Palatası hər il fevralın 1-ni "Milli Hicab Günü" elan edib. Həmçinin Filippin Milli Müsəlman Komissiyasını hicabın təbliği və maarifləndirilməsi üzrə əsas orqan təyin edib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Filippin Nümayəndələr Palatası bu müsəlman ənənəsinə diqqəti artırmaq üçün hər il fevralın 1-ni "Milli Hicab Günü" elan edən qətnamə qəbul edib.

Hicabı təhqir edən fransalı restorançı məhkəmə qarşısına çıxarılıb

Fransız restoranının sahibi hicablı qadını qəbul etmədiyi üçün məhkəmə qarşısına çıxarılıb.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Bask bölgəsindəki fransız restoranının sahibi hicablı qadını qəbul etmədiyi üçün məhkəmə qarşısına çıxıb.

Fransanın “Fiqaro” qəzetinin dərc etdiyi xəbərdə prokurorun bu restoranın sahibinə qarşı 600 avro cərimə tələb etdiyi, onu irqçilik və dini ayrı-seçkilikdə ittiham etdiyi bildirilir.

Parlament partiyalar haqqında qanun layihəsinin yenilənmiş variantını dərc edib

Operativtv.com Turan-a istinadən xəbər verir ki, Milli Məclisin saytında "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin yenilənmiş variantı dərc edilib. Müxalifətin tənqidinə səbəb olan bəzi müddəalar sənəddən çıxarılıb.

Belə ki, artıq "ən az 50 vətəndaş" partiya təsisçisi ola bilər (ilkin olaraq ən az 200 vətəndaş idi).

Şimali Koreya XİN: BMT-nin baş katibi Quterreş “ABŞ-ın kuklasıdır”

 KXDR xarici işlər naziri Tsoy Son-Hi BMT-nin baş katibi Antonio Quterreşin Koreya yarımadası ətrafındakı vəziyyətə qərəzli münasibətindən təəssüfləndiyini bildirib və onu ABŞ-ın kuklası adlandırıb. 

Operativtv.com SalamNews-a istinadla verdiyi xəbərə görə, bu barədə bazar ertəsi Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb. 

Rusiya hərbi təyyarələri Suriyanın Türkiyə ilə sərhəd bölgəsinə hava zərbələri endirib

Rusiya hərbi təyyarələri İdlib əyalətinin Türkiyə ilə sərhəd bölgəsinə şiddətli hava zərbələri endirib.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, Rusiya hərbi təyyarələri bu gün İdlibin şimalında Babul-Hava sərhəd məntəqəsinə ağır zərbələr endirib.

BTC ilə Türkiyədən nəql edilən neftin həcmi 12%-dən çox artıb

Bu ilin yanvar-oktyabr aylarında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 185 128 min barel neft nəql edilib ki, bu da illik müqayisədə 12,2% çoxdur.

Operativtv.com APA-ya istinadən verdiyi məlumata görə, ötən ilin müvafiq dövründə Türkiyə ərazisi ilə BTC kəməri vasitəsilə 164 958 min barel neft nəql edilib.

Yəməndə Səudiyyə rejimi tərəfindən öldürülən uşaqların sayı 8 mini keçib

Operativtv.com Rasthaber-ə istinadən xəbər verir ki, Yəmənin qadın və uşaq hüquqları sahəsində fəaliyyət göstərən "İntisaf" hüquqi təşkilatı ABŞ-ın rəhbərlik etdiyi Səudiyyə-BƏƏ koalisiyasının cinayətləri və qətlləri ilə bağlı yeni hesabat dərc edib. Təşkilat öz hesabatında Yəməndə bu hücumun başladığı səkkiz il ərzində 8116 uşağın öldürüldüyünü və yaralandığını açıqlayıb. 1 milyon 400 min yəmənli uşaq əsas hüquqlarından məhrumdur, 2 milyon 300 mindən çox uşaq isə 5 yaşa qədər qida çatışmazlığından əziyyət çəkir.

İraq: İran və Səudiyyə Ərəbistanı danışıqları davam etdirir

İraqın xarici işlər naziri Fuad Hüseyn bəyan edib ki, İran İslam Respublikası və Səudiyyə Ərəbistanı danışıqları davam etdirmək istəyir.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Fuad Hüseyn Bağdadın İran və Səudiyyə Ərəbistanı arasında vasitəçilik rolu ilə bağlı hadisələrlə bağlı açıqlama verib.

Çində koronavirus məhdudiyyətlərinə görə neft ucuzlaşıb

Çində davam edən koronavirus məhdudiyyətlərinə görə ucuzlaşıb.

Operativtv.com Report-a istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin yanvar fyuçersləri 1,02 % ucuzlaşaraq 1 bareli 86,73 ABŞ dollarına satılıb. WTI neftinin yanvar fyuçerslərinin qiyməti 0,86 % düşüb və 1 bareli 79,42 ABŞ dolları təşkil edib.

Siyasi partiyaların dövlət qeydiyyatına alınması üçün 10 min üzvünün olmasına dair tələb azaldılır

Azərbaycanda siyasi partiyaların dövlət qeydiyyatına alınması üçün 10 min üzvünün olmasına dair tələb azaldılır.

Operativtv.com Report-a istinadən xəbərinə görə, bu, "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin yeni redaksiyasında əksni tapıb.

Layihəyə əsasən, siyasi partiyanın dövlət qeydiyyatına alınması üçün azı 5000 üzvü olmalıdır.

Layihənin ilkin versiyasında bu tələb 10 min idi.

KİV: İran İraqa raket zərbəsi endirib, ölənlər var

İran silahlı qüvvələri İraqın Kürdüstan əyalətinə növbəti raket zərbəsi endirib.

Operativtv.com APA-ya istinadən xəbər verir ki, bu barədə yerli mənbələrə istinadən INA agentliyi məlumat yayıb.

Zərbələr kürd partiyalarının Ərbil və Süleymaniyyə əyalətlərində yerləşən qərargahlarına endirilib.

Bildirilib ki, onlar İranda hökumət əleyhinə etirazlara dəstək verib.