FİFA Britaniya komandasına İranla oyuna LGBT-ə dəstək sarğıları ilə çıxmasına icazə verməyib

“FIFA” İngiltərə millisinin tələbini rədd edib və komandanın kapitanına LGBT-ə dəstək sarğısı taxmasına mane olub.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, Britaniyanın “The Telegraph” qəzeti bildirib ki, Beynəlxalq Futbol Assosiasiyasının İngiltərə yığmasının kapitanı Harri Keyni LGBT-ni dəstəkləyən kapitan sarğısını taxmasının qarşısını almaq üçün rəsmi şəkildə məlumatlandırıb.

FİFA bildirib ki, onun qaydaları Harri Keynin və digər oyuncuların Qətərdə keçirilən Dünya Kubokunda LGBT icması da daxil olmaqla “təcriddə olan” insanlarla həmrəylik ifadə etmək üçün nəzərdə tutulmuş "OneLove" sarğısını taxmağa icazə vermir.

Qeyd edək ki, Britaniyanın bu çempionatda ilk oyunu İran millisi ilə bu gün, 21 noyabrda keçiriləcək.