Münasibətləri normallaşmayan Misir və Türkiyə prezidentiləri Dohada görüşüblər

Misir prezidenti Əbdülfəttah Sisi Doha səfərində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, Qətərin əmiri Şeyx Təmim bin Həmd Ali-Saninin dəvəti əsasında baş tutan səfərdə Ərdoğan Sisi ilə görüşür

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bazar günü son illərdə ilk dəfə Misir prezidenti Əbdülfəttah Sisi ilə Qətərin paytaxtı Dohada görüşüb və iki lider dünya çempionatının açılışında iştirak ediblər.

Qeyd edək ki, Türkiyə və Misir rəsmiləri son ayda bildiribəlr ki, əlaqələrin normallaşdırılması ilə bağlı addımlar ləng atılır.

Bildirək ki, Qətərdə 2022-ci il Dünya Kubokunun açılışında iştirak etmək üçün Dohaya səfər edən ərəb və Afrika ölkələrinin bir çox başçıları və liderləri burada bir-birilə görüşüblər.