Bakı Oksford Məktəbinin müsadirə olunması istənilib

“Baku Steel Company”nin keçmiş rəhbəri Rasim Məmmədovun cinayət işi ilə bağlı üzərinə həbs qoyulmuş əmlaklarının müsadirə olunması istənilib.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova – Məmmədovanın sədrliyi keçirilən iclasda dövlət ittihamçısının çıxışında bildirilib.

Prokuror Orxan Səmədov ümumi bazar dəyəri 70 milyon manat civarında qiymətləndirilmiş əmlakların müsadirə olunmasını istəyib.

Həmin əmlaklara Bakının Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən Bakı Oksford Məktəbi, bir şirkət, bir neçə fərdi yaşayış və bağ evləri daxildir.

Qeyd edək ki, prokuror Rasim Məmmədova 15 il həbs cəzası istəyib.