Polkivnik-leytinant nəqliyyat hadisəsində həyatını itirdi

Operativtv.com APA-ya istinadən xəbər verir ki, İsmayıllıda ölümlə nəticələnən yol - nəqliyyat hadisəsi baş verib

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən xəbərə görə, hadisə dünən axşam saatlarında şəhər ərazisində, görmə məhdudiyyətli ərazidə qeydə alınıb.

Sürücü Arif Mirzəyev idarə etdiyi "Toyota" markalı avtomobil ilə yolu keçən piyada, 1979-cu il təvəllüdlü Mərdan Əhmədovu vurub. Nəticədə M. Əhmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Mərdan Əhmədov ehtiyatda olan polkovnik-leytenant olub.

 

Faktla bağlı İsmayıllı rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol istismar qaydalarını pozma, zərərçəkmişin ölümü ilə nəticələndikdə) maddəsi ilə cinayət işi başlanılıb.