Rusiya hərbi təyyarələri Suriyanın Türkiyə ilə sərhəd bölgəsinə hava zərbələri endirib

Rusiya hərbi təyyarələri İdlib əyalətinin Türkiyə ilə sərhəd bölgəsinə şiddətli hava zərbələri endirib.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, Rusiya hərbi təyyarələri bu gün İdlibin şimalında Babul-Hava sərhəd məntəqəsinə ağır zərbələr endirib.

Hmeymim bazasından qalxan hərbi təyyarələr Babəsqa və Sərməda ətrafına da şiddətli hava zərbələri endirilib.

Suriya hökumətinə yaxın mənbələr burada “ən-Nusra Cəbhəsi”nin silah anbarının vurulduğunu deyiblər.

Qeyd edək ki, Türkiyə də son iki gündə Suriyanın şimalında separtçı kürd birləşmələrinin mövqelərini intensiv şəkildə hədəfə alıb. Bunun qarşılığında Suriya ərazisindən də Türkiyənin sərhəd bölgələrinə raketlər düşüb.