19 November 2022

Suriyada beş terrorçu məhv edilib

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında PKK/YPG-nin 5 terrorçusunu məhv edib.

Operativtv.com Report-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Silahlılar “Barış Pinarı” və “Zeytun budağı” əməliyyat zonalarına hücuma hazırlaşarkən zərərsizləşdirilib.

Burkina-Fasoda Fransa əleyhinə nümayiş keçirilib, qoşunların ölkədən çıxarılması tələb edilib

Burkina-Fasoda Uaqaduqu əyalətinin paytaxtında Fransa qoşunlarının Afrika ölkəsinin ərazisindən çıxarılması tələbi ilə nümayiş keçirilib.

Operativtv.com Report-a istinadən xəbər verir ki, bu barədə "leFaso" portalı məlumat yayıb.

Etirazçılar Fransanın Uaqaduqudakı səfirliyi qarşısında toplaşaraq, səfirin ölkədən getməsini tələb ediblər. Səfirliyin mühafizə bölməsi aksiyaçılara qarşı gözyaşardıcı qazdan istifadə edib.

Kroos “Siti”yə “yox” dedi

Madrid "Real"ının almaniyalı yarımmüdafiəçisi Toni Kroos "Mançester Siti"yə keçmək istəmir.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, İngiltərə klubu 32 yaşlı yarımmüdafiəçiyə illik 14 milyon avro təklif edib. Ancaq o, rədd cavabı verib.

Qeyd edək ki, Kroosun "Real"la müqaviləsi 2023-cü ilin iyununda başa çatır.

Hindistanda 300 illik məscid söküldü

Hindistanda tarixi məscid dağıdılıb.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, Uttar-Pradeş ştatının Şerpur şəhərindəki müsəlman ibadətgahı avtomobil yolunun inşası bəhanəsilə sökülüb.

Yerli rəhbərlik müsəlman icmasına 300 illik məscidi “başqa yerə köçürtməyi” təklif edib, lakin, təbii ki, bu müsəlmların imkanından kənar olub və nəticədə də müvafiq qurumları qədimi dini məkanı söküblər.

Almaniya 319 Azərbaycan vətəndaşının sığınacaq istəyini rədd edib

Almaniyadan sığınacaq istəyən Azərbaycan vətəndaşlarının yeni statistikası məlum olub.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarədən (BAMF) report-a bildirilib ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycan vətəndaşları ilə əlaqədar ümumilikdə 792 işlə bağlı qərar qəbul edilib.

Sepah İraqın şimalında separatçı kürd birləşmələrinə qarşı quru əməliyyatla bağlı xəbərdarlıq edib - KİV

İran İslam İnqilabının Keşikçilər Ordusunun Qüds Korpusunun komandanı İsmayıl Qəani İraqın şimalında separatçı kürd birləşmələrinə qarşı qurudan hərbi əməliyyatın həyata keçirilə biləcəyilə bağlı xəbərdarlıq edib.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə “Associated Press” İraq mənbələrinə istinadən iddia irəli sürüb.

Bolqarıstanda İstanbulda törədilən terrorla bağlı 5 nəfər saxlanılıb

İstanbulda törədilən terror aktında şübhəli bilinən şəxslər Bolqarıstanda saxlanılıb.

Operativtv.com APA-ya istinadən xəbər verir ki, İstanbulda baş verən ölümcül hücumda şübhəli bilinən 5 nəfər Bolqarıstanda həbs edilib.

Bildirilib ki, saxlanılanlar arasında 3 nəfər Moldova vətəndaşı və bir nəfər ərəb əsilli şəxs var. Həbs olunanlar arasında terrora görə İnterpol tərəfindən axtarışa verilən şəxsin köməkçisi də var.

Qoca Səmədovun səhhəti yenidən pisləşib, müalicə müəssisəsinə köçürülüb

Yevlax Şəhər İcra Hakimiyyətinin həbsdə olan sabiq icra başçısı Qoca Səmədovun səhhəti yenidən pisləşdiyindən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin müalicə müəssisəsinə köçürülüb.

Operativtv.com bu barədə Report-a istinadən onun vəkili Elnur Vəliyev məlumat verib.

`Böyük 20-lik` liderləri Rusiyanın Ukraynaya qarşı təcavüzünü pisləyib

Operativtv.com Amerikanın Səsi-nə istinadən xəbər verir ki, bu həftə İndoneziyanın Bali adasında Böyük 20-lərin sammitində Rusiyanın Ukraynaya qarşı təcavüzü diqqət mərkəzində olub. Qrup sammitin sonunda bəyanat yayaraq, üzvlərinin əksəriyyətinin Ukraynada müharibəni “qətiyyətlə pislədiyini” və münaqişənin qlobal iqtisadi problemləri daha da dərinləşdirdiyini vurğulayıb. NATO və Böyük Yeddilər qrupunun liderləri sammit çərçivəsində Polşanın şərqində baş verən partlayışı müzakirə etmək üçün fövqəladə iclas keçiriblər.

Briqada generalı Qaani İraq Əhli-sünnə müftisi ilə görüşüb

Operativtv.com Rasthaber-ə istinadən xəbər verir ki, İran İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandanı, briqada generalı İsmayıl Qaani Bağdada səfəri çərçivəsində İraqın Əhli-sünnə müftilərindən Şeyx Mehdi Səmidai ilə görüşüb. Görüşdə İranın Bağdaddakı səfiri Məhəmməd Kazım Sadiq də iştirak edib.

Azərbaycan qılıncoynadanı beynəlxalq turnirdə qızıl medal qazanıb

Qılıncoynatmanın sablya növü üzrə yeniyetmələrdən ibarət Azərbaycan millisinin üzvü Abbas Hüseynov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən “Etropolski” turnirində qızıl medal qazanıb.

Operativtv.com Federasiyadan Az.shafaqna.com-a istinadən verilən məlumata görə, 14 yaşadək idmançıların yarışında qrup mərhələsini 4 qələbə ilə başa vuran Hüseynov finala gedən yolda ispaniyalı Qabriel Suarezi (15:3), yunan Kristos Karamitsosu (15:12) və bolqar Konstantin İvanovu (15:10) məğlub edib.

Putin futbol çempionatı öncəsi Qətərin əmiri ilə danışıb

Rusiya Federasiyasının prezidenti Vladimir Putin ötən gün Qətərin əmiri Təmim bin Həmd Ali-Sani ilə danışıb.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, Qətərin əmiri Təmim bin Həmd Ali -Sani əmirlikdə keçirilən dünya çempionatının təşkilində əməkdaşlığa görə Rusiya dövlət başçısına təşəkkür edib.

İsrail yenidən Suriya ərazisini hava zərbələri ilə hədəfə alıb, azı dörd əsgər həlak olub

 İsrail təyyarələri Aralıq dənizi səmasından Suriyanın sahil və mərkəzi hissəsinə hava zərbələri ilə təcavüz edib. Azı dörd ordu əsgəri həyatını itirib.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə Suriyanın Müdafiə Nazirliyi Facebook səhifəsində məlumat yayıb.

Kənd axundu qəzada öldü

Operativtv.com xəbər verir ki, Lənkəran rayonunun Bala Şürük kənd məscidinin axundu Əkrəm Cəlal oğlu Hüseynov yol qəzasında həyatını itirib. Belə ki, Lənkəran rayonunun Mamusta kənd ərazisində hərəkətdə olan yük motoskileti “Muravey” piyada Ə. Hüseynovu vurub. Dərhal hadisə yerinə Təcili Tibbi Yardım əməkdaşları çağırılıb. Yaralı ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

7 ildir qapalı rejmdə cəza çəkən Abbas Hüseyn yeni müəssisəyə köçürüləcək

Müsəlman Birliyi Hərəkatının idarə heyətinin üzvü, gənc fəal Abbas Hüseyn 8 saylı ciddi-qapalı rejimli həbsxanada cəza müddətini bitirir. Bu barədə Operativtv.com-a MBH-nin mətbuat xidmətindən bildirilib. 26 noyabr 2015-ci ildə Nardaran hadisələri zamanı saxlanılan Abbas Hüseyn məhkəmənin qərarı ilə 20-il azdlıqdan məhrum edilir və cəzasının ilk 7 ilini o, Qobustan ciddi rejimli qapalı cəzaçəkmə müəssisəsinə göndərilir. Saxlanılan andan ona qarşı sərt davranışlar Abbas Hüseynin burada da dəfələrlə qeyri insani davranşlarla üzləşməsinə gətirib çıxarır.