Qərbin əsəbiliyi İrandakı inkişafa görədir – Ayətullah Xamenei

 “Qərbin əsəbiliyi İslam Respublikasında əldə edilən inkişafdır…Şübhəsiz bu təxribatlar və şər əməllər bitəcək. Baxmayaraq ki, Qərb mövcud imkanlarını səfərbər edib, lakin yenə İran xalqı yeni qüvvə ilə və yeni ümidlə ölkənin inkişaf yolunu davam etdirəcək.”

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bunu İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xamenei deyib.

Bu gün İsfahan əyalətinin ictimaiyyət nümayəndələrini qəbul edən Ayətullah Xamenei ölkədə son günlərin iğtişaşlarına və terror hücumlarına münasibət bildirib.

O, Qərb tərəfinin ölkədəki iğtişaşlara müxtəlif sahələr üzrə, xüsusilə də media və təbliğat müstəvisində böyük dəstəklər verdiyini bildirib və Qərbin İran ictimaiyyətini ümidsizliyə qapılması üçün çalışdığını qeyd edib.

Ayətullah Xamenei bildirib ki, Qərbin bütün çabası İran xalqını gələcəyə, hökumətə ümidsiz etməkdir.

İslam İnqilabının Ali lideri bildirib ki, Qərbin əsəbi olması İranda başlamış inkişafa görədir.

“İran xalqının təhdidi damia fürsətə çevirən bir xalq olduğunu" deyən Ayətullah Xamenei  təxribat və şər əməllərin şübhəsiz yığışdırılacağını deyib.