Hindistanda 300 illik məscid söküldü

Hindistanda tarixi məscid dağıdılıb.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, Uttar-Pradeş ştatının Şerpur şəhərindəki müsəlman ibadətgahı avtomobil yolunun inşası bəhanəsilə sökülüb.

Yerli rəhbərlik müsəlman icmasına 300 illik məscidi “başqa yerə köçürtməyi” təklif edib, lakin, təbii ki, bu müsəlmların imkanından kənar olub və nəticədə də müvafiq qurumları qədimi dini məkanı söküblər.

Qeyd edək ki, Hindistanın avtomobil yolları üzrə milli qurumu, demək olar ki, eyni zamanda Karnataka ştatının Maysur şəhərində yerləşən avtobus dayanacağı pavilyonunu da dağıtmaq göstərişi verib. Həmin dayanacağın damı məscidi xatırladaq qünbəzlərlə bəzədilmişdi.