`Böyük 20-lik` liderləri Rusiyanın Ukraynaya qarşı təcavüzünü pisləyib

Operativtv.com Amerikanın Səsi-nə istinadən xəbər verir ki, bu həftə İndoneziyanın Bali adasında Böyük 20-lərin sammitində Rusiyanın Ukraynaya qarşı təcavüzü diqqət mərkəzində olub. Qrup sammitin sonunda bəyanat yayaraq, üzvlərinin əksəriyyətinin Ukraynada müharibəni “qətiyyətlə pislədiyini” və münaqişənin qlobal iqtisadi problemləri daha da dərinləşdirdiyini vurğulayıb. NATO və Böyük Yeddilər qrupunun liderləri sammit çərçivəsində Polşanın şərqində baş verən partlayışı müzakirə etmək üçün fövqəladə iclas keçiriblər. İnsident Moskvanın Ukraynaya qarşı müharibəsində ciddi eskalasiya yaranacağı ilə bağlı qorxuların artmasına səbəb olub.

Balidə Böyük 20-lər (G-20) sammitinin keçirildiyi zamanı dünya liderləri tərəfindən İndoneziya prezidenti Coko Vidodonun ev sahibliyi etdiyi ağac əkilməsi mərasimi qrupun iqlim gündəminə diqqəti cəlb etmək məqsədi daşıyırdı.

Lakin ABŞ prezidenti Co Baydenin təcili olaraq çağırdığı fövqəladə toplantı bəzi dünya liderləri on min kilometr uzaqda bu tədbirə gecikməsinə səbəb oldu.

“Biz Ukrayna ilə sərhədə yaxın Polşada ucqar yerdə baş verən partlayışla bağlı Polşanın təhqiqatını dəstəkləmək haqda razılığa gəldik. Mən nə baş verdiyini dəqiq anladığımıza əmən olmalıyam,” Prezident Co Bayden bildirib.

NATO və Böyük Yeddilər qrupunun (G-7) ölkələri - Almaniya, Kanada, Niderland Yaponiya, İspaniya, İtaliya, Fransa və Britaniya liderləri Polşada iki nəfərin ölümü ilə nəticələnən partlayışı müzakirə ediblər.

Bayden raketin Rusiyadan atıldığı ehtimalının az olduğunu bildirib.

“Bunu təkzib edən ilkin məlumatlar var, biz tam araşdırma aparana qədər mən bu barədə danışmaq istəmirəm,”p​rezident Co Bayden qeyd edib.

Daha sonra Polşa Prezidenti Andjey Duda Ukrayna Rusiyanın hava hücumunu dəf etmək üçün belə görünür, sovet dövründən qalma mərmi atdığını və onun “təəssüf ki” Polşa ərazisinə düşdüyünü bildirib.

Dünyanın iqtisadi cəhətdən ən inkişaf etmiş ölkələrinin Böyük 20-lər qrupunun liderləri sammiti iştirakçıların “əksəriyyəti”nin Ukraynada müharibəni “qətiyyətlə pislədiyini”, lakin forumun təhlükəsizlik məsələlərinin həlli yeri olmadığını bildirərək yekunlaşdırıblar.

“Müzakirə çox, olduqca sərt keçdi, lakin nəticədə liderlər sərhədləri pozduğu, regionun bütövlüyünü pozduğu üçün Ukraynada müharibəni pisləyən bəyannamənin məzmunu ilə bağlı razılığa gəldilər, ” İndoneziya prezidenti Coko Vidodo bildirib.

Moskvanın BMT-dəki nümayəndəsi partlayışın Rusiya ilə NATO arasında münaqişəni qızışdırmaq məqsədi daşıdığını iddia edib.