Briqada generalı Qaani İraq Əhli-sünnə müftisi ilə görüşüb

Operativtv.com Rasthaber-ə istinadən xəbər verir ki, İran İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandanı, briqada generalı İsmayıl Qaani Bağdada səfəri çərçivəsində İraqın Əhli-sünnə müftilərindən Şeyx Mehdi Səmidai ilə görüşüb. Görüşdə İranın Bağdaddakı səfiri Məhəmməd Kazım Sadiq də iştirak edib.

İraq mətbuatının məlumatına görə, briqada generalı Qaani Bağdaddakı təmasları çərçivəsində İraq prezidenti Əbdüllətif Rəşid və baş nazir Məhəmməd Şia əs-Sudani ilə görüşüb. Xəbərdə briqada generalı Qaaninin İraq prezidenti Rəşidlə görüşündə Tehranın yeni İraq hökumətini dəstəklədiyi vurğulanıb. Bildirilib ki, Məhəmməd Şia əs-Sudani ilə görüşdə ümumi təhlükəsizlik məsələləri müzakirə edilib.