Meydan TV-yə Bakı İstintaq Təcridxanasından məktub daxil olub. Məktubu olduğu kimi təqdim edir, müəllifin adını təhlükəsizlik səbəbindən anonim saxlayırıq.
24 fevral tarixindən etibarən BİT rəhbərliyi müəssisə boyu hər kəs üçün açıq görüşləri ləğv edib. Səbəb kimi təmir məsələsi göstərilsə də, təxminən 1 ay əvvəl açıq görüş üçün nəzərdə tutulmuş otaqlarda təmir aparılıb və onda heç bir görüş dayandırılmamışdı.
Sonradan məlumat gəldi ki, həmin otaqları məhkəməyə aparılıb-gətirilən dustaqlar üçün saxlama yeri (boks) düzəldiblər. Artıq görüşlər rabitə üsulu ilə şüşə arxasından olacaqdı.
Cümə axşamı jurnalist Aytac Tapdıq (Əhmədova), şənbə günü isə jurnalist Aysel Ümüdovanın görüşlərinə ümumiyyətlə qadağa qoyulub. Jurnalistlərin görüşə buraxılmamasına səbəb kimi göstərdilər ki, mətbuatda rabitə görüşündən imtina edəcəkləri ictimailəşib. Lakin həmin gün ailə üzvləri görüşə gəlsələr də, bu barədə onlara məlumat verilmədi və rəsmi imtina etdikləri ilə bağlı ərizə tələb olunmadı.
Şənbə günü daha bir jurnalist Ülviyyə Əlinin görüşünə məhdudiyyət qoyulub. Jurnalistə “görüşə hazırlaş” deyilsə də, o görüşə aparılmayıb. 2 gün öncə BİT rəisi Elnur İsmayılov jurnalist barəsində süni intellektlə düzəldilmiş videolara görə Ülviyyə Əlini təhdid edərək deyib ki, “əgər videoları yığışdırmasanız ailə üzvlərini də tutub həbsxanaya gətirəcəklər”. Şənbə günü görüşə gələn anası İlhamə Mehmanlı da birbaşa Elnur İsmayılov tərəfindən təhdid olunub. BİT rəisi jurnalistin anasına deyib ki, “bu barədə prokurorluğa müraciət etmişəm, gedib izahat verərsiniz”. Anası İsmayılovla danışandan sonra görüş hüquqi sabotaj olunaraq qadağan edilib, Ülviyyə Əli görüşə buraxılmayıb.
Müəssisədə görüşlər rabitə vasitəsilə, yəni şüşə arxasından 40-45 dəqiqə verilir. Halbuki, daxili intizam qaydalarında “45 dəqiqədən az olmayaraq, 4 saatdan çox olmayaraq” yazılıb. BİT-də siyasi məhbusların bir məkanda bir araya gəlməsinə imkan verilmir. Siyasi məhbusların sayının çoxluğu da görüşlərin qısa çəkməsinə səbəb olub. Çünki rabitə otağı yalnız bir dənədir, açıq görüş otaqları sayca çox idi deyə, görüşlərin müddəti barədə problem yaşanmırdı. Bu barədə də koordinasiya axsayır.
Qadın jurnalistləri daha da izolyasiya şəraitinə salmaq üçün telefon günləri də dəyişdirilib. Belə ki, müxtəlif günlərdə ailələri ilə əlaqə qurmağa çıxan jurnalistlər, indi həftənin yalnız 2 günündə və eyni günlərdə telefona çıxardılırlar ki, həbsxanada başlarına gətirilənləri ictimailəşdirə bilməsinlər. Görüş günləri də telefon zənglərinə çox yaxın tarixlərdə salınıb, bu da o deməkdir ki, təcrid daha da dərinləşdirilib.
Açıq görüşlərin ləğv edilməsi başqa problemlərə də yol açır. Belə ki, siyasi məhbuslar xüsusi nəzarətdə olduqları üçün həftədə 2 dəfə olan telefon zəngləri də BİT rəhbərliyi tərəfindən dinlənilir. Rabitə, yəni şüşə arxasından keçirilən görüşlərdəki 4-dən artıq telefon da nəzarət altındadır və BİT rəhbərliyi onlara da qulaq asır.
Əvəz Zeynallı Azərbaycana qarşı Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) verdiyi qərarda üzə çıxıb ki, BİT rəhbərliyi vəkillə görüş keçirilən otaqlara da dinləmə cihazları yerləşdirir, yəni konfidensiallığı pozur.
Siyasi məhbusların şərlənərək, siyasi motivlərlə həbs olunub yaxınlarından, ən əsası isə azadlıqlarından məhrum edilmələri bəs deyimiş kimi, onları həbsxanada da rahat buraxmaq istəmirlər. Siyasi məhbuslar ailəsi ilə konfidensial şəkildə danışa bilmirlər, həbsxanadakı vəziyyətlə bağlı məlumat ötürmək imkanlarından da məhrum buraxılıblar.
Lakin bütün müəssisə boyu açıq görüşlərin ləğvi təkcə siyasi məhbuslara təsir göstərmir, adi məhbuslar da bundan məhrum ediliblər. Müəssisədə hökm oxunmuş, cəzaçəkmə yerlərinə getməyərək BİT-də təsərrüfat işçisi olaraq qalan 100-dən çox “xoz” məhbuslar da bu hüququndan istifadə edə bilmirlər.
BİT rəhbərliyi siyasi məhbuslara daha da təcridi şərait qurmağa çalışır. Əvvəl kameradan çıxarılıb həkimə aparılmaq imkanı verirdisə, hazırda bu da qadağan edilib. Həkimə ehtiyac olanda həkim birbaşa kameraya gəlir. Kameradan yalnız telefonla danışmaq, ailə və vəkillə görüş üçün çıxmağa icazə verilir.
ABŞ-də İlham Əliyevin qaldığı otelin önündəki insidentdən sonra siyasi məhbuslara qarşı təzyiqlər və təhdidlər artıb, BİT rəhbərliyi isə canla-başla bunu icra edir.
Bu təzyiqlər vasitəsilə siyasi məhbusları tamamilə təcrid vəziyyətinə salırlar, total nəzarət qururlar, həbsxanadan informasiya axınının qarşısını almağa çalışırlar, bununla yanaşı siyasi qisas almağa çalışırlar.
Mesaj budur: Qərbdəkilər hakimiyyətdən qaçdığını, əllərinin altında olmadığını düşünüb onların nəzarətindən kənar hərəkət edəndə bilsinlər ki, həbsxanada olanlar dövlətin əsirliyindədir, siyasi məhbuslar İlham Əliyevin girovluğundadır.
Münasibətin sərtləşməsinə daha bir nümunə kimi ABŞ-dəki insidentdən sonra Tofiq Yaqublunun cərimə kamerasına (kars) salındığını göstərmək olar.
BİT rəisi Elnur İsmayılov bu göstərişləri özbaşına yerinə yetirmir, bu özbaşınalığı Prezident Adminstrasiyasından, birbaşa İlham Əliyevdən aldığı tapşırıqları etməklə icra edir.
“Məmur məmurun ayağını tapdalamaz” prinsipi ilə irəliləyən bu sistemdə Elnur İsmayılov hakimiyyətin siyasi məhbuslara münasibətindən istifadə edir və 18 fevralda jurnalistlərin otağında aparılan axtarış-baxışla bağlı insidentin ictimailəşdirilməsinin də kinini çıxarır, onlardan qisas alır.
Bu səlahiyyəti ona verən isə Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidovdur, göz yuman Ədliyyə Naziri Fərid Əhmədov, sifarişçisi də İlham Əliyev hakimiyyətidir.
Açıq görüşlərin nə vaxt açılacağı ilə bağlı dəqiq məlumat verilmir.
Bakı İstintaq Təcridxanasında nə baş verir?