Kərkükdə İŞİD-in hücumu nəticəsində təhlükəsizlik qüvvələrindən ölənlər var

İraqın Kərkük əyalətinin əl-Dibs qəzasında İŞİD silahlılarının hücumu nəticəsində təhlükəsizlik qüvvələrindən azı üç nəfər həlak olub.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bunu hərbi mənbələr deyiblər.

Bildirilib ki, bu gün sübh Kərkükün əl-Dibs qəzasında İŞİD silahlıları təhlükəsizlik qüvvələrinin postuna hücum ediblər.

İŞİD üzvləri daha sonra ərazidən uzaqlaşıblar. İraq təhlükəsizlik qüvvələri bölgədə silahlıların aşkarlanması və zərərsizləşdirilməsi üçün tədbirləri artırıb.

Qeyd edək ki, İŞİD 2018-ci ilin əvvəlində İraqda nəzarətindəki əraziləri itirdikdən sonra gizli sığınacaqlarına çəkiliblər.