İran Fransa avtomobillərinin idxalı və sifarişinə qadağa qoyub

 İran Fransa avtomobil şirkətlərinə sanksiya tətbiq edib.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bunu ölkənin Sənaye, Mədən və Ticarət Nazirliyinin sözcüsü Ümid Qalibaf deyib.

İran rəsmisi hökumətin Fransa avtomobil şirkətlərinə qarşı qərarını belə açıqlayıb:

“İran hökuməti və SMT Nazirliyi Fransa avtomobil istehsalçılarını davranışlarına görə sanksiyalara məruz qoyub və onlara sanksiyalarla İranın avtomobil sənayesi və bazarına təzyiq göstərməsinə icazə verməyəcək.”

Qalibaf sözlərini belə davam etdirib: “Fransızların ötən illərdəki qeyri-peşəkar davranışlarına görə biz artıq Renault, Peugeot, Citroen və digər fransız avtomobil istehsalçılarının sifarişlərini verməyə və idxal etməyə icazə vermirik”