İsrail yenidən Suriya ərazisini hava zərbələri ilə hədəfə alıb, azı dörd əsgər həlak olub

 İsrail təyyarələri Aralıq dənizi səmasından Suriyanın sahil və mərkəzi hissəsinə hava zərbələri ilə təcavüz edib. Azı dörd ordu əsgəri həyatını itirib.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə Suriyanın Müdafiə Nazirliyi Facebook səhifəsində məlumat yayıb.

Bildirilib ki, İsrail bu gün sübh 06.30 radələrində Suriyanın sahilində Banyas rayonu, habelə mərkəzi hissəsində bir sıra obyektləri hədəfə alıb.

Bu təcavüz nəticəsində dörd ordu əsgəri həyatını itirib və biri yaralanıb.

Havadan müdafiə sistemləri raketlərin bir qismini zərərsizləşdirib.

Qeyd edək ki, Suriyanın Colan Yüksəkliklərini işğalda saxlayan İsrail bu ölkə ərazisində İrana bağlı qüvvələri hədəfə aldığını iddia edir.