Britaniya xarici işlər naziri: İranın nüvə proqramı əvvəlkindən daha da təkmilləşib

Böyük Britaniyanın xarici işlər naziri İran əleyhinə iddiaları fonunda Tehrandan gələn nüvə təhlükəsinin hər zamankından daha böyük olduğunu iddia edib.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, Britaniyanın xarici işlər naziri Ceyms Kleverli Avropa ölkələrinin İranın nüvə proqramına qarşı ittihamlarından sonra Tehranın nüvə təhlükəsinin hər zamankından daha böyük olduğunu bildirib.

O həmçinin Ukrayna müharibəsinə toxunaraq, “İranın digər ölkələrə verdiyi silahlar Yaxın Şərqin təhlükəsizliyini təhlükə altına alır”, deyə iddia edib.

Britaniya XİN rəhbəri, Bəhreyndə keçirilən beynəlxalq təhlükəsizlik konfransında çıxış edərək deyib:

“İranın nüvə proqramı əvvəlkindən daha da təkmilləşib və İran hökuməti Ukrayna vətəndaşlarını öldürmək üçün Rusiyaya silahlı pilotsuz təyyarələr satmağa əl atıb.”