Sepah İraqın şimalında separatçı kürd birləşmələrinə qarşı quru əməliyyatla bağlı xəbərdarlıq edib - KİV

İran İslam İnqilabının Keşikçilər Ordusunun Qüds Korpusunun komandanı İsmayıl Qəani İraqın şimalında separatçı kürd birləşmələrinə qarşı qurudan hərbi əməliyyatın həyata keçirilə biləcəyilə bağlı xəbərdarlıq edib.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə “Associated Press” İraq mənbələrinə istinadən iddia irəli sürüb.

Mənbə bildirib ki, İsmayıl Qənai son həftədə İraqda səfərdə olub.

Məlumata görə Sepah komandanı Bağdadda İraq rəsmilərinə habelə Ərbil rəsmilərinə bu xəbərdarlığı çatdırıb.

O, İraqın şimalında sərhədlərin nəzarətə götürülməsi və qorunmasını, silahların keçirilməsinin qarşısının alınması, İrana qarşı separatçı kürd birləşmələrin tərki-silah edilməsini tələb edib və əks təqdirdə quru əməliyyatı barədə məlumat verib.