Kənd axundu qəzada öldü

Operativtv.com xəbər verir ki, Lənkəran rayonunun Bala Şürük kənd məscidinin axundu Əkrəm Cəlal oğlu Hüseynov yol qəzasında həyatını itirib. Belə ki, Lənkəran rayonunun Mamusta kənd ərazisində hərəkətdə olan yük motoskileti “Muravey” piyada Ə. Hüseynovu vurub. Dərhal hadisə yerinə Təcili Tibbi Yardım əməkdaşları çağırılıb. Yaralı ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Bütün cəhdlərə baxmyaraq axundun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Lənkəran Rayon Polis Şöbəsində araşdırma aparılır.