Putin futbol çempionatı öncəsi Qətərin əmiri ilə danışıb

Rusiya Federasiyasının prezidenti Vladimir Putin ötən gün Qətərin əmiri Təmim bin Həmd Ali-Sani ilə danışıb.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, Qətərin əmiri Təmim bin Həmd Ali -Sani əmirlikdə keçirilən dünya çempionatının təşkilində əməkdaşlığa görə Rusiya dövlət başçısına təşəkkür edib.

Həmçinin Rusiya prezidenti Qətəri bu mühüm idman yarışına ev sahibliyi etməsi münasibətilə təbrik edib.

Putin həmçinin bu yarışda Qətər millisi üçün nəaliyyət və müvəffəqiyyət arzulayıb.

Qeyd edək ki, son zamanlarda bir sıra Qərb dövlətləri rəsmilərinin məhz Qətərin mundiala ev sahibiyi etməsi ilə bağlı açıqlamaları Dohanı narahat edib.