NATO gəmiləri Baltik dənizinə daxil oldu

NATO-nun Faimi Hərbi Dəniz Qrupunun üç gəmisi Estoniyaya gəlib.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bu barədə Estoniya Müdafiə Nazirliyi məlumat yayıb.

"Biz Baltik dənizi regionunda təhlükəsizliyin təmin edilməsinə kömək etmək üçün buradayıq", -  deyə NATO-nun açıqlamasında bildirilir.

Tallin limanında dayanan NATO gəmilə Niderland freqatı, həmçinin flaqman "HNLMS Tromp" (F803), Danimarka freqatı "HDMS Esbern Snare" (F342) və Norveç tankeri "HNoMS Maud" daxildir.