Vəkili Mixeil Saakaşvilinin zəhərləndiyini bildirib

Gürcüstanın həbsdə olan üçüncü Prezidenti Mixeil Saakaşvili zəhərlənib.

Operativtv.com APA-nın Gürcüstan bürosuna istinadən xəbər verir ki, bu barədə onun vəkili Valeri Gelbaxiani yerli mediaya açıqlamasında bildirib. Onun sözlərinə görə, sabiq Prezidenti müayinə edən xarici ekspertlər onun zəhərlənməsi qənaətinə gəliblər. 

Vəkili uzun müddətdir ki, Saakaşvilidə zəhərlənmə əlamətlərinin olduğunu bildirib.

O, zəhərlənmənin hansı maddələrdən baş verməsinə dair araşdırmaların davam etdiyini və bu barədə 2 gün sonra keçiriləcək brifinqdə detallı məlumat veriləcəyini bildirib.

Vəkili Saakaşvilinin səhhətindəki bütün xəstəliklərin zəhərlənmədən qaynaqlana biləcəyini vurğulayıb.

"Mixeil Saakaşvilinin keçirdiyi bütün xəstəliklər bu zəhərlənmə nəticəsində yarana bilər. Onun özü də uzun müddətdir ki, zəhərləndiyindən şübhələnirdi. Əks halda, onun xəstəlikləri bu cür inkişaf etməzdi", - deyə Valeri Gelbaxiani bildirib.