07 November 2022

Bəhreyn xalqı seçkiləri boykot etməyə çağırıb

Operativtv.com İRNA-ya istinadən xəbər verir ki, Bəhreyn xalqının gündəlik etirazları davam edərkən, bu dəfə Sənabis şəhərində etirazçılar noyabrın 12-də keçiriləcək Bəhreyndə parlament seçkilərini boykot etməyə çağırıblar. Bazar günü bəzi bəhreynli qadınlar Bəhreynin Sanabis şəhərində etiraz aksiyası keçiriblər. Nümayişlərdə siyasi məhbusların dərhal qeyd-şərtsiz azadlığa buraxılması və qanuni hüquqlarından istifadə tələbi ön planda olub.

Türkiyədə yol qəzasında 7 nəfər ölüb

Türkiyədə tanker, avtobus və yük avtomobilinin toqquşması nəticəsində 7 nəfər həlak olub. Nəqliyyat vasitələri alovlanmağa başlayıb.

Operativtv.com Report-a istinadən xəbər veir ki, hadisə ölkənin Ağrı şəhərinin Tutak rayonunda baş veirb.

Türkiyənin səhiyyə naziri Fahrettin Koca tviterdə 7 nəfərin öldüyünü, 2-si ağır olmaqla 11 nəfərin yaralandığını bildirib.

Qazaxıstan Azərbaycan ərazisindən neft nəqli üçün 3 marşrut nəzərdən keçirir

Qazaxıstanın Energetika Nazirliyi “KazMunayQaz” şirkəti ilə birgə hazırda Azərbaycan istiqamətində neft nəqli üçün üç marşrut - Aktau-Bakı-Tbilisi-Ceyhan, Aktau-Bakı-Supsa və Aktau-Bakı-Batumi marşrutunu nəzərdən keçirir.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

"İraq, Suriya, Liviya və Livanı yerlə-yeksan edənlər indi də İranı hədəfə alıb"

İraq Əhli Sünnə Alimləri Birliyinin sədri Şeyx Xalid əl-Molla İranda baş verən son hadisələri dəyərləndirib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Ərəb mediasının məlumatına görə, İraq Əhli Sünnə Alimləri Birliyinin sədri Şeyx Xalid əl-Molla Twitter hesabından verdiyi açıqlamada İranda baş verən son hadisələri dəyərləndirib.

Şeyx Xalid əl-Molla deyib:

Taliban: Əfqanıstanın ABŞ-ın əməkdaşlığına ehtiyacı yoxdur!

Əfqanıstandakı Taliban hökumətinin sözçüsü ABŞ prezidenti Co Baydenin Əfqanıstanla bağlı açıqlamalarına reaksiya verərək deyib: “Bu ölkənin ABŞ-ın əməkdaşlığına ehtiyacı yoxdur”.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Əfqanıstandakı Taliban hökumətinin sözçüsü Zəbihullah Mücahid ABŞ prezidenti Co Baydenin bazar günü “Əfqanıstan azad edildi” bəyanatına reaksiya verərək, “Bu ölkə təhlükəsiz yerdir və Əfqanıstanın Amerikanın əməkdaşlığına ehtiyacı yoxdur”, - deyə bildirib.

İran terrorla bağlı saxlanılanların Azərbaycan, Tacikistan və Əfqanıstan vətəndaşları olduğunu bildirir

Rəsmi Tehran bildirir ki, oktyabrın 26-da İranının Şah-Çeraq ziyarətgahında törədilən terror aktında əli olan 26 "terrorçu-təkfirçı" tutulub və onlar iranlı deyil.

Operativtv.com Amerikanın Səsi-nə istinadən İRNA-dan məlumat yayıb.

DTX: Sosial şəbəkələrdə Naxçıvanla bağlı təxribat xarakterli məlumatlar yayımlanır

Son vaxtlar bir sıra sosial şəbəkələrdə uydurma təşkilat olan İranın Naxçıvan Xalq Hərəkatı adından guya Azərbaycan hakimiyyətinin təqsiri üzündən Naxçıvan Muxtar Respublikası əhalisinin təhlükəsizlik, elm, ərzaq məsələlərində ciddi çətinliklərlə üzləşməsi, onların könüllü şəkildə İran İslam Respublikasının tərkibinə qatılmaq istəməsi, bununla bağlı İran silahlı qüvvələrinin Naxçıvan ərazisində yerləşdirilməsi barədə yerli əhali adından İran hökumətinə ünvanlanmış saxta müraciət yayımlanıb.

Ərəbistanda 8 şiə uşağın edam hökmü verilib

Səud məhkəmələri şiələrə qarşı repressiv və ən ağır hökmləri icra etməkdə davam edir.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə Səudiyyə Ərəbistanının güc strukturları tərəfindən müxtəlif vaxtlarda həbs olunan 8 yeniyetmə haqqında ən ağır cəza tətbiq olunacaq.

Səud rejimi məhkəməlıəri bu yeniyetmələri terror, krallığa etiraz, siyasi məhbusların dəfn mərasimində iştiraka görə edam edəcəklərini bildiriblər.

İraqın keçmiş Baş naziri istefaya göndərilib

İraqın yeni baş naziri fərman verərək Mustafa Əl-Kazimi və kabinet üzvlərini təqaüdə göndərib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, İraqın baş naziri Məhəmməd Şia əl-Sudaninin ofisindən verilən açıqlamada İraq parlamentinin yeni hökumətə etimad səsverməsi və üzvlərinin andı ilə bərabər, keçmiş baş nazir Mustafa Əl-Kazımi və onun kabinetinin 17 üzvü konstitusiyaya görə baş nazirə verilən səlahiyyətləri təsdiq edərək, istefaya gedir.

Çempionlar Liqasında 1/8 final cütləri müəyyənləşib

Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib.

Operativtv.com Apasport.az-a istinadən məlumatına görə, qitənin ən nüfuzlu klub turnirində qrup mərhələsini adlayan 16 komanda 8 cüt təşkil edib.

Öz qrupunda qalib olanlar 1/8 finalda ikinci pillə sahiblərini sınağa çəkəcək. İlk oyunlar sonuncuların meydanında baş tutacaq.

İmam Hüseyn ziyarətgahı İndoneziyaya info-turunu Cakarta Universitetindən başladı

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, İmam Hüseyn (ə) ziyarətgahı İndoneziyaya informativ turunu Cakarta Dövlət Universitetində tələbə forumu ilə açıb.

Məlumata görə, İmam Hüseyn (ə) ziyarətgahının Quran Şöbəsinin təşkilatçılığı ilə İndoneziyanın nüfuzlu Cakarta Universitetində forum keçirilib.

Universitetin ilahiyyat fakültəsinin tələbələrinin iştirakı ilə keçirilən görüş və forumdan sonra digər oxşar forumlar və görüşlər də  təşkil olunacaq.

Azərbaycan millisinin futbolçusu "Qarabağ"da 300-cü oyununu keçirib

Azərbaycan millisinin futbolçusu Bədavi Hüseynov "Qarabağ"ın heyətində 300-cü oyununu keçirib.

Operativtv.com Report-a istinadən xəbər verir ki, 31 yaşlı müdafiəçinin yubileyi Premyer Liqanın XIII turunda "Kəpəz"lə matça təsadüf edib.

Hüseynov 3:1 hesabı ilə qalib gəldikləri qarşılaşmada meydana sonradan daxil olub. Debütü 2012/2013 mövsümünə təsadüf edən oyunçu bütün turnirlər nəzərə alınmaqla çıxdığı 300 görüşdə 4 qola imza atıb.

Fanatik yəhudilər Əl-Əqsa məscidinə basqın etdilər

Operativtv.com türk mediasına istinadən xəbər verir ki, fanatik yəhudi mühacirlər işğalçı sionist İsrail polisinin himayəsi altında Məscidül-Əqsaya basqın ediblər. Fələstinin WAFA xəbər agentliyində yer alan xəbərə görə, məskunlaşmış yəhudilər işğal altındakı Şərqi Qüdsün Köhnə Şəhərdə yerləşən Əl-Əqsa məscidinə basqın edərək, Hərəmin Əl-Əsbat və Kattanin qapıları qarşısında mərasim təşkil ediblər. Bundan əlavə, mühacirlər basqın zamanı Hərəmi Şərifdə fələstinliləri təxribata çəkməyə çalışıblar.

Karamollaoğlu: Biz sözdə dünyəvi, lakin əməldə islamçılardan çox əziyyət çəkdik...

Operativtv.com Rasthaber-ə istinadən xəbər verir ki, Səadət Partiyasının sədri Təməl Karamollaoğlu Cümhuriyyətin yüzilliyi ilə bağlı mühüm mesajlar verib. Cümhuriyyətin yüzilliyində ölkənin yenidən qurulacağını dilə gətirən Karamollaoğlu, Milliqazete-nin Twitter hesabından sitat gətirdiyi xəbərdə "Yeni bir başlanğıcın şəfəqindəyik. Tarixi bir dönüşün astanasındayıq. Cümhuriyyətimizin “Yeni Əsr”ini qurmaq üçün keçmişin travmalarından birlikdə xilas olmalıyıq”-deyib.

MHP 5 gündür danışılan fotoya şərh: Çərşənbə axşamını gözləyin

Operativtv.com Rasthaber-ə istinadən xəbər verir ki, Halk TV-nin köşə yazarı İsmail Saymaz MHP-nin yüksək səviyyəli üzvü ilə görüşünü çatdırıb. Saymaz "Baxçalıdan sonra ən nüfuzlu adlardan biri"nin "Çərşənbə axşamını gözləyin" deyərək Baxçalının qrup toplantısına işarə etdiyini bildirib.

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutuldu

Noyabrın 6-sı saat 19:35-dən 21:50-dək fasilələrlə Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca istiqamətindəki mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Mollabayramlı və Bəzirxana yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

DİN-in hərbi qulluqçusu azad edilmiş ərazidə minaya düşüb

Daxili İşlər Nazirliyinin bir hərbi qulluqçusu işğaldan azad edilmiş ərazidə xidmətdə olarkən piyada əleyhinə minaya düşüb və partlayış nəticəsində xəsarət alıb. Məlumatı Operativtv.com APA-ya istinadən verir.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, xəsarət almış hərbi qulluqçu dərhal xəstəxanaya yerləşdirilib.