İmam Hüseyn ziyarətgahı İndoneziyaya info-turunu Cakarta Universitetindən başladı

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, İmam Hüseyn (ə) ziyarətgahı İndoneziyaya informativ turunu Cakarta Dövlət Universitetində tələbə forumu ilə açıb.

Məlumata görə, İmam Hüseyn (ə) ziyarətgahının Quran Şöbəsinin təşkilatçılığı ilə İndoneziyanın nüfuzlu Cakarta Universitetində forum keçirilib.

Universitetin ilahiyyat fakültəsinin tələbələrinin iştirakı ilə keçirilən görüş və forumdan sonra digər oxşar forumlar və görüşlər də  təşkil olunacaq.

Forumda Nəcəf Hövzəsinin alimlərilə yanaşı, İmam Hüseyn (ə) ziyarətgahından da nümayəndə iştirak edib.