Bəhreyn xalqı seçkiləri boykot etməyə çağırıb

Operativtv.com İRNA-ya istinadən xəbər verir ki, Bəhreyn xalqının gündəlik etirazları davam edərkən, bu dəfə Sənabis şəhərində etirazçılar noyabrın 12-də keçiriləcək Bəhreyndə parlament seçkilərini boykot etməyə çağırıblar. Bazar günü bəzi bəhreynli qadınlar Bəhreynin Sanabis şəhərində etiraz aksiyası keçiriblər. Nümayişlərdə siyasi məhbusların dərhal qeyd-şərtsiz azadlığa buraxılması və qanuni hüquqlarından istifadə tələbi ön planda olub. Bundan əvvəl Bəhreyn şiələrinin lideri Ayətullah İsa Qasim bu ölkədə keçirilən seçkilərin diktaturanın artması istiqamətində olduğunu bildirərək, xalqı seçkilərdə iştirak etməməyə çağırıb. Ötən günlərdə Bəhreyn rejimi tərəfindən həbs edilən siyasi məhbuslar da bəyan ediblər ki, ölkədə keçiriləcək parlament seçkilərində istənilən iştirak bu ölkənin millətinə xəyanət deməkdir. Bəhreyndə parlament seçkiləri noyabrın 12-də keçiriləcək.