Bu gün Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan XİN rəhbərləri görüşəcək

Bu gün ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan XİN rəhbərləri görüşəcək.

Operativtv.com APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN sözçüsü Tvitter səhifəsində bildirib.

Qeyd edilib ki, Amerika tərəfinin təşəbbüsü ilə noyabrın 7-də Vaşinqtonda Ermənistan xarici işlər naziri Ararat Mirzoyan, ABŞ dövlət katibi Entoni Blinken və Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov arasında üçtərəfli görüş keçiriləcək.