İmran Xan xəstəxanadan evə buraxıldı

Pakistanın keçmiş baş naziri İmran Xan ona qarşı törədilmiş sui-qəsd cəhdindən sonra xəstəxanadan evə buraxılıb.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, o, hazırda Lahor şəhərindəki iqamətgahındadır.

Xatırladaq ki, o, onun partiyasının tərəfdarlarının mitinqi zamanı açılan atəş nəticəsində hər iki ayağından yaralanıb.